“2018-ci ildə parlament uğurla fəaliyyət göstərib” Siyasət

“2018-ci ildə parlament uğurla fəaliyyət göstərib”

Oqtay Əsədov: "Beynəlxalq əlaqələrin genişləndirilməsi baxımından uğurlu bir il olub"

Milli Məclis Prezident İlham Əliyevə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı təbrik məktubu göndərəcək. Bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin dünən keçirilən plenar iclasında deyib.
Spiker həmçinin parlamentin 2018-ci ildəki fəaliyyəti haqqında məlumat verib və qeyd edib ki, 2018-ci ildə parlament uğurla fəaliyyət göstərib, qanunvericilik bazasının gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi baxımından uğurlu bir il olub.