“Ermənilər hər zaman məişət zəmində olan hadisələri şişirtməyə üstünlük verirlər” Siyasət

“Ermənilər hər zaman məişət zəmində olan hadisələri şişirtməyə üstünlük verirlər”

"Ermənilər hər zaman məişət zəmində olan hadisələri şişirtməyə üstünlük verir və dünyaya istənilmədiklərini, guya sıxışdırıldıqlarını car çəkməyə çalışırlar. Son Karaqanda hadisələrində də bunu görmüş olduq". Bu fikirləri politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, ermənilər hər zaman özlərini "sivili" digərlərini isə barbar millət adlandırırlar: "Təxminən 10-12 il bundan əvvəl Ermənistanın keçmiş prezidenti Robert Koçaryan belə bir iddia irəli sürərək bəyan etmişdi ki, ermənilərlə türklərin heç zaman bir araya gələ bilməzlər. Guya onlar arasında mental, genetik baxımından ziddiyyətlər var. Bir sözlə ifadə etsək, heç nəyə əsaslanmayan və elmdən tamamilə kənar bir teoriya ortaya atılmışdı. Bütün bunlar göstərir ki, erməni millətçiləri hər dəfə öz iç üzlərini açıb, türklərə qarşı nifrətlərini göstərməyə çalışırlar". Qazaxıstanın Karaqanda şəhərində ermənilərin törətdikləri hadisələrə gəlincə, İ. Vəlizadə söyləyib ki, ümumiyyətlə ermənilər hər zaman kimlərinsə əlində alət olublar: " Onlardan hər zaman digər millətlərə qarşı istifadə olunub. Zaman dəyişsə də ermənilər adətlərindən əl çəkmirlər. Karaqanda hadisələrində ermənilərin böyük siyasi maraqları var və onlar bu hadisədən istifadə edərək pis niyyətlərini yerinə yetirməyə çalışırlar. Hətta onlar həmin proseslərdə Azərbaycan izi axtararaq, ölkəmizə qarşı məkrli təxribatlarını yerinə yetirmək istəyirlər".