“İnsan sosial şəbəkələri oxuyanda xəcalət çəkir” Siyasət

“İnsan sosial şəbəkələri oxuyanda xəcalət çəkir”

Oqtay Əsədov: "Mentaliteimizt təhqirə yol vermir"


"Gürcüstan hökuməti Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində qatil Mixail Avaqyana abidə ucaldılması məsələsində Azərbaycanın mövqeyini nəzərə alacaq". Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Oqtay Əsədov deyib.
Spiker bildirib ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verib: "Azərbaycanın Gürcüstandakı səfiri Gürcüstanın Xarici İşlər Nazirliyində olub. Bu məsələlər üzrə iş gedir. Güman edirəm ki, Gürcüstan hökuməti bu məsələyə diqqət yetirəcək, məsələ həllini tapacaq".
Onun sözlərinə görə, həmin abidəni erməni hökuməti deyil, orada yaşayanlar qoyub: "Gürcüstanın Marneuli rayonunda da azərbaycanlılar heykəl ucaldacaqlar".
Qeyd edək ki, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov, deputat Fazil Mustafa bu abidənin ucadılması məsələsinə etirazlarını bildiriblər.
Oqtay Əsədov həmçinini sosuial şəbəkələrdə yol verilən təhqirlərlə bağlı fikirlərini bölüşüb: "Sosial şəbəkələrdə təhqirlərin aradan qaldırılması üçün tədbirlər görmək lazımdır". O bildirib ki, insan sosial şəbəkələri oxuyanda xəcalət çəkir: "Milli Məclisin, dövlət rəhbərliyinin adına ağızlarına gələni yazırlar". O daha sonra qeyd edib: "Təhqirə yol verənlərin qarşısının alınmasını fikirləşməliyik. İnsanlar bilməlidir ki, mentalitetimiz təhqirə yol vermir ".