Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
8 May 2019 14:58
1 547
08 May
“Türk Şurası türkdilli ölkələrin ümumi inteqrasiyasına, birliyinə və inkişafına dəstək vermək üçün yaradılmış siyasi birlik yaxud beynəlxalq təşkilatdır və xeyli sayda mühüm əhəmiyyətli struktur elementlərinə sahibdir. Hazırda olduqca mürəkkəb hesab edilən beynəlxalq şəraitdə Şuraya daxil olan dörd ölkənin ümümi maraqlarını təmin etməyin bir yolu da bu beynəlxalq təşkilatın yaratdığı imkanlardan səmərəli istifadə etməkdən keçir”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu səsləndirib. Millət vəkili bildirib ki, bu kontekstdə qlobal informasiya məkanında informasiya təhlükəsizliyinin qorunması və informasiyadan yumşaq güc kimi milli maraqların təmin olunması üçün istifadə edilməsi xeyli dərəcədə aktualdır: “İnformasiya təhlükəsizliyi həm də milli təhlükəsizliyin əsas komponetlərindən birinə çevrilib. Ona görə də Türk Şurasına üzv dövlətlərin qarşılıqlı şəkildə və intensiv informasiya mübadiləsi etməsi ümumi məqsədlər baxımından əlverişlidir. Çünki belə mübadilə həm Şura daxilində mədəni, humanidar və siyasi – iqtisadi inteqrasiyanı sürətləndirəcək, həm də qlobal informasiya təhdidlərinə qarşı effektiv immunitet yaradacaq. Bu mənada Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Əli Həsənovun səsləndirdiyi fikirlər günün tələbi və çağrışıdır. Qarşılıqlı yayınlar vahid informasiya məkanı formalaşdırmaqla ümumi dil birliyinin, mədəniyyət birliyinin ictimai- siyasi maraqlar birliyinin daha da möhkəmlənməsinə və sürətlənməsinə ciddi töhfələr verə bilər”.
Əli
26 Sentyabr 16:03
1 540
26 Sentyabr 14:31
833
26 Sentyabr 14:27
910