Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
29 May 2019 15:36
1 498
“Ermənistan Kənd Təsərrüfatı Nazirliyinin dövlət ərzaq məhsullarının təhlükəsizliyi xidməti yaxınlarda İrandan gələn duzun tərkibində natrium və kalium ferrosianidlərinin çox olduğunu və buna görə də İrandan gələn duzun satışına qadağa qoyduğunu bəyan etdi. Bu, İran duzunun Ermənistan ərazisinə daxil olmasına qadağadır”.
Bunu politoloq Mübariz Əhmədoğlu bildirib.
Politoloqun sözlərinə görə, ermənilər çox maraqlı tarixçə də uydurublar: “Ermənistan vətəndaşı guya bu quruma müraciət edib ki, İran duzunu 3 dəfə filtrasiya edib, amma yenə də zəhərli görünür. Nazirliyin də müvafiq laboratoriyaları analiz edib və İran duzunun zəhərli olduğunu müəyyənləşdirib.
Bundan az öncə Ermənistanın Nazirlər Kabineti Ermənistan ərazisində fəaliyyət göstərəcək Azad İqtisadi Zonaların siyahısını açıqladı. O siyahıda “Araz” Azad İqtisadi Zonanın adı yoxdur. Ermənistan da daxil olmaqla region dövlətləri üçün İranın təklif etdiyi “Araz” İqtisadi Zonanı rəsmi Yerevan rədd etdi.
Ondan da bir az öncə Ermənistan ərazisinə İran sementinin daxil olmasına qadağa qoymuşdu. İran sementi həm keyfiyyətcə yüksəkdir, həm də qiyməti aşağıdır. Guya bu Ermənistanın daxilində sement istehsalı sənayesinə zərbə vurur. Əlbəttə, bu ziddiyyətli proseslərdə müəyyən siyasi qarışıqlar da var idi. Çünki Ermənistanda sement monopoliyası “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Çarukyanın əlindədir və N.Paşinyan bu kartdan istifadə edərək Çarukyanın da biznesinin mənşəyini gündəliyə gətirdi.
Paralel müqayisə aparmalı bir məsələ var: Rusiya Ermənistanın balıq məhsullarının öz ərazisinə daxil olmasına əksərən qadağa qoyur və bunu balıq məhsullarında arsenin çox olduğu ilə əlaqələndirir. Erməni mütəxəssislərinin fikrincə, onların heç ağlına da gəlmir ki, Ermənistan balıqları arsenlə harada qidalana bilərlər. Ermənilər Rusiyanın balıqla bağlı Ermənistanın ünvanına dediklərini saxta və yaxud bəhanə hesab edirlər. Eynilə o bəhanədən istifadə edərək İran məhsullarının Ermənistana daxil olmasını qadağan edirlər.
Kasıb, İranla əlaqələrə ehtiyacı olan Ermənistan üçün İranla iqtisadi əlaqələrə qoyulan belə məhdudiyyətlər təsadüfi deyil. Rəsmi İrəvan ABŞ-ın İrana qarşı sanksiyalarına Ermənistanın qoşulduğu mesajını verməyə məcburdur”.
26 Sentyabr 16:03
1 477
26 Sentyabr 14:31
819
26 Sentyabr 14:27
903