

9 Oktyabr 19:07
9 Oktyabr 18:44
9 Oktyabr 18:37
Kabildə iki yerdə güclü partlayış və atışma səsləri eşidilib
Hakan Fidan: İslam dünyasının daha çox müstəqil düşünməyə ehtiyacı var
ABŞ-da şatdaunu dayandırmaq üçün keçirilən səsvermələr nəticəsiz olub
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib
İtkin şəhidin qızı: Atamın timsalında bütün itkinlərin talelərinə aydınlıq gələcəyi günü gözləyirik
Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək.
İyunun 27-i və 28-də davam edəcək iclasda əvvəlcə deputatlar "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsini və "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsini müzakirə edəcəklər.
Daha sonra "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanun layihəsi, "Məhkəmələr və hakimlər haqqında", "Dövlət satınalmaları haqqında", "Əmək pensiyaları haqqında", "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında", "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında", "Dövlət rüsumu haqqında", "Baytarlıq haqqında", "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlara, o cümlədən Vergi Məcəlləsinə, Mülki Məcəlləyə, Cinayət-Prosessual Məcəlləyə dəyişikliklər və digər məsələlər müzakirəyə çıxarılacaq.
Ümumilikdə iclasın gündəliyinə 49 məsələ daxildir.