Sahibə Qafarova: Türkiyənin yanımızda olmasını xalqımız unutmayacaq
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib
Sahibə Qafarova: Azərbaycan və Türkiyə beynəlxalq məsələlərdə daim eyni mövqedən çıxış edirlər
Vüqar Rəhimzadə: Qayıdış ünvanlarının sayının artması Zəfər Gününün sevincinə sevinc qatır
3 İyul 2019 14:40
1 918
Jalə Əliyeva: “Azərbaycan dövləti bu faktın dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli iş aparır”
“Ermənistan işğal olunmuş ərazilərimzidə yerləşən tarixi-mədəni abidələrimizə qarşı vandalizm həyata keçirib”. Bu fikirləri millət vəkili Jalə Əliyeva səsləndirib. J.Əliyeva deyib ki, deyib ki, Azərbaycan dövləti bu faktın dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli iş aparır: "Bu baxımdan, UNESKO mühüm beynəlxalq tribunadır. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində də Mehriban xanım Əliyeva çıxışı zamanı Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğal edildiyini, 1 milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyini, yüzlərlə tarixi və memarlıq abidəsinin dağıdıldığını vurğulayıb. Ölkəmiz təşkilat qarşısında hər zaman bu məsələni qaldırır və lazımı faktları təqdim edir. Lakin Ermənistan həmin əraizlərdə UNESKO-nun hər hansı monitorinqinin aparılmasını əngəlləyir. Bu da işğalçı dövlətin mahiyyətini bir daha ortaya qoyur. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti bundan sonra da işğalçı Ermənistanın əsl mahiyyətini dünyada ifşa etmək istiqamətində siyasətini davam etdirəcək".
20:25
175
20:23
210
20:10
315