Sədr müavini: Qazaxıstan Xəzərdə su səviyyəsinin azalması ilə bağlı qabaqlayıcı tədbirlər görür
Elmi-Tədqiqat İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib - SİYAHI
“Formula 2”də zəncirvarı qəza olub, sessiya müvəqqəti dayandırılıb
23 İyul 2019 14:59
3 619
ABŞ-da rəsmi səfərdə olan Pakistanın Baş Naziri İmran Xan FoxNews telekanalının “Qlobal siyasət” proqramının aparıcısı Bret Bayerə müsahibəsində bildirib ki, Qərbin Pakistanın nüvə silahının terrorçuların əlinə keçə biləcəyi ilə bağlı narahatlığının heç bir əsası yoxdur. O əlavə edib: “Pakistan regionda ən güclü orduya sahibdir və onun nüvə silahı da etibarlı mühafizə olunur. Heç bir narahatlığa əsas görmürəm”.
AZƏRTAC DawnNews telekanalının saytına istinadla xəbər verir ki, Baş Nazir Hindistanla münaqişə və Əfqanıstandakı vəziyyətə də toxunub. Jurnalistin Hindistanla Pakistan arasında nüvə müharibəsi ehtimalına dair sualını cavablandıran İmran Xan deyib ki, bu variant qətiyyən mümkün deyil. “Sizin sualınızda olduğu kimi, əgər Hindistan nüvə silahından imtina edərsə, biz də eyni addımı atacağıq. Çünki bu silahdan istifadə etmək özü-özünü məhv etmək deməkdir”,-deyə o vurğulayıb. Baş nazir əlavə edib ki, bir neçə ay əvvəl müharibə həddinə gəlib çatmış iki ölkə arasında sülhə nail olunmasında Vaşinqtonun vasitəçilik missiyasını yüksək qiymətləndirir. Onun sözlərinə gör, 1,3 milyard insanın yaşadığı regionda müharibə böyük fəlakətlərlə nəticələnə bilər.
İranla Qərb arasında münaqişəyə də toxunan İmran Xan bildirib ki, bu ölkə Pakistanın yaxın qonşusudur və İslamabad bütün bu ziddiyyətlərin diplomatik yolla həllinin tərəfdarıdır. Onun sözlərinə görə, gərginliyin artması təkcə Pakistana zərər vurmur, eyni zamanda neftin qiymətləri artır, ərəb ölkələri də bu münaqişədə ciddi fəsadlarla qarşılaşır.