Əli Kərimlidən növbəti xəyanət Siyasət

Əli Kərimlidən növbəti xəyanət

AXCP sədri işğal altındakı Azərbaycan torpaqlarının ermənilərə məxsus olduğunu deyir

AXCP sədri Əli Kərimli növbəti xəyanə imza atıb.
Kərimli "Azadlıq" qəzetinə verdiyi son müsahibəsində Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan və işğal altında olan torpaqlarımızın ermənilərə məxsus olduğu barədə təsəvvür yaradan fikirlər səsləndirib.
Ermənistan hərbi birləşmələrinin Azərbaycana qarşı təxribatlarını belə şübhə altına alan Əli Kərimli deyib: "Nöqsanlara baxmayaraq Azərbaycan ordusu Ermənistan ordusundan güclüdür, sayımız da çoxdur. Belə olan halda Ermənistan nəyə görə buna cəsarət etsin ki, bizim ərazimizə hücum etsin".
Hər kəsə bəlli olduğu kimi, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və işğalçı ordunun həyata keçirdiyi təxribatlar da məhz bu ərazilərdən həyata keçirilib. Yəni ermənilər işğal etdikləri ərazilərimizdən işğal altında olmayan ərazilərimizə hücuma keçiblər. Əli Kərimli isə "Ermənistan nəyə görə buna cəsarət etsin ki, bizim ərazimizə hücum etsin" deməklə ermənilərin işğalı altında olan ərazilərin Azərbaycana məxsusluğunu şübhə altına alır. Onun fikirlərindən belə anlaşılır ki, ermənilər öz ərazilərindən bizim ərazimizə hücuma keçiblər.
...Bunu da gördük. Maraqlıdır, əgər bu adam fikrini ifadə etməyi, normal cünlə qurmağı bacarmırsa, ölkənin ərazi bütövlüyünü şübhə altına alan fikirlər səsləndirməklə olduqca ciddi və bağışlanmaz səhvə yol verirsə o zaman bu adam siyasətdə nə gəzir? Yox, əgər Əli Kərimli bütün bunları məqsədyönlü şəkildə dilə gətirirsə... bu halda onun Azərbaycanda nə işi var? Getsin ürək ağrısı ilə təxribat törədə biləcəklərinə şübhə etdiyi erməni qardaşlarının yanına...

XC