“Nikolçular daxili düşmənlərimizdirlər” Siyasət

“Nikolçular daxili düşmənlərimizdirlər”

Erməni siyasi şərhçi: “Düşmən tərəfindən zəbt edilmiş hakimiyyəti azad etməliyik”

“Bir an öncə daxili düşmən tərəfindən zəbt edilmiş hakimiyyəti azad etməli, Ermənistanın konstitusiya sistemini bərpa etməliyik”.
Bunu erməni siyasi şərhçi, jurnalist Menua Harutyunyan öz “Facebook” səhifəsində qeyd edib.
Onun sözlərinə görə, Paşinyan tərəfindən konstitusiya sisteminin devirilməsi və hakimiyyətin zəbt edilməsində Serj Sarkisyan günahkardır.
“Çünki illərlə xarici ölkələrdən pul alaraq azad uçmağı bacaran qrantyeyənlər dövlətimizi daxildən ələ keçirmək üçün hələ bir şey də hazırlayıb və dövlətimizin hakimiyyətini uyğun anda zəbt edib.
Serj Sarkisyan öz hakimiyyət illərində bu kimi daxili düşmənləri dövlətin daxili düşmənləri elan etməli və ömürlük həbs etməli idi ki, bu gün böyük anti-milli, anti-dövlət düşüncələri olmasın. Lakin Ermənistanın dövlət təfəkkürü ilə istifadə edilmiş və Ermənistanın suvenerliyi ilə yaşayan biz vətəndaşlar Serj Sarkisyanın səhvini düzəldəcəyik.
Bir an öncə daxili düşmən tərəfindən zəbt edilmiş hakimiyyəti azad etməli, Ermənistanın konstitusiya sistemini bərpa etməliyik.
Nikolçular erməni əsgərinin arxasını zəiflədirlər, buna görə də onlar bizim daxili düşmənlərimizdirlər”, - deyə erməni siyasi şərhçi bildirib.