14:34
399
İstanbuldakı türkmən qrupları, türk dilinin Suriyanın təhsil proqramına yenidən seçmə fənn kimi daxil edilməsi və Suriyanın müxtəlif bölgələrində yaşayan türkmənlərin türk dilini öyrənmək hüququnun təmin edilməsi məqsədilə mətbuat açıqlaması və dəstək nümayişi təşkil ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bunu Suriya parlamentinin Hələb şəhərindən olan türkmən əsilli deputatı Tarık Sulo Cevizci deyib.
"Bu tədbir bir daha təsdiqləyir ki, dil kimliyin, mədəniyyətin və ortaq yaddaşın təməl ünsürüdür; dilin qorunması və tədrisi isə Suriyadakı bütün icmalar üçün qanuni mədəni və dil hüququdur. Bu tələb Suriyanın mədəni və dil müxtəlifliyi prinsipinə əsaslanır. Türk dili ilə bağlı tələb cəmiyyətin hər hansı konkret təbəqəsinə yönəlmiş bir məsələ deyil; əksinə, o, Suriyanın qorunmalı və tanınmalı olan mədəni müxtəlifliyinin ayrılmaz hissəsidir. Türk dili bizim dilimizdir; dilimiz isə bizim kimliyimizdir".
Cavid