Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
24 Sentyabr 2019 15:17
5 761
"İspaniyada soydaşlarımızın təşkilatlanması istiqamətində fəallıq artır". “Xalq Cəbhəsi” xəbər verir ki, bunu diaspor üzrə ekspert Elnur Eltürk məlumat verib. "Nəzərə alsaq ki,İspaniyada soydaşlarımızın sayı o qədər çox deyil. Ancaq onlar ümummilli məsələlərdə fəallıqlarını itirmirlər. Təkcə, bu ilin yanvar ayının 1-də soydaşlarımız Barselonada 600 ermənini iştirakı ilə keçirilən tədbirdə qondarma “Artsax” bayrağını qaldırmağa imkan vermədilər. Həmin tədbirdə 31 azərbaycanlı iştirak edirdi. Bu hüquq müstəvidə qələbəmiz idi. Etiraz aksiyasında “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”, “Valensiya Azərbaycanlıları” Cəmiyyəti, İspaniya Azərbaycanlıları Birliyi, İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosassiyası ilə yanaşı, Milli Azadlıq Hərəkatının fəallarından biri, hal-hazırda Fransada yaşayan Saleh Aqşin və adını çəkə bilmədiyim soydaşlarımız sərt şəkildə iştirazlarını bildirdilər", - deyə ekspert bildirib.
E.Eltürk deyib ki, bu yaxınlarda İspaniyada "Qarabağ" İdman Klubu yarandı. Klubun rəhbəri İspaniya çempionu Şamo Eyvazov idman fəaliyyəti ilə yanaşı, Qarabağ həqiqətlərinin çatdırılması istiqamətində fəallığını artırır: "İki gün öncə Valensiya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə İspaniyanın Valensiya şəhərində tədbir təşkil edildi. Tədbirdə Valensiya Azərbaycanlıları Cəmiyyətinin sədri Mübariz İbrahim, Türkiyənin İspaniyadakı keçmiş konsulu Cəfər Koçtürk, İspaniya Azərbaycanlıları Konqresinin sədri Vahid İmanov, İspaniyada yaşayan azərbaycanlı müğənni Josef De Salian və təşkilatın digər nümayəndələri, bu ölkədə yaşayan bir çox soydaşlarımız iştirak ediblər.
İspaniya-Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının prezidenti Fərid Mustafayev yerli media ilə siyasi dairələrlə əlaqələri güclüdür. Ölkəmizin İspaniyada tanıdılmasına çalışır".
25 Oktyabr 22:16
1 337
25 Oktyabr 15:27
1 393
25 Oktyabr 10:20
1 491