Britaniya 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edə bilər
Şərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir
Ceyhun Bayramov Venesuela XİN rəhbəri ilə Karakasdakı son hadisələri müzakirə edib
Rusiya XİN İranın daxili siyasətinə xarici müdaxiləni pisləyir
28 Dekabr 2019 14:44
1 995
Avropa Gürcüstanı Partiyasının lideri David Bakradze Prezident Salome Zurabişvilinin Azərbaycan və Ermənistanla sərhəd problemləri barədə açıqlamasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, partiya lideri prezidenti təcrübəsizlikdə və məsələni bilməməkdə ittiham edib.
Bakradzenin sözlərinə görə, hakim komanda Zurabişvilinin ifadələrini gürcü dilini mükəmməl bilməməsi və kontekstdən xəbərsiz olması ilə izah edir:
“Prezidentin sərhədlər barədə dedikləri heç nəyə uyğun gəlmir. Mən deyərdim ki, bu, böyük cəhalətdir, lakin təəssüf ki, bu, cəhalətdən əlavə, Gürcüstanın maraqlarına zərbədir. Rusiyanın Gürcüstanın işğal olunmuş ərazilərini dünyada tanınması istiqamətində işlədiyi zaman iki arqumenti var. Birinci, işğal olunmuş Abxaziya və Osetiyanının dünya tərəfindən tanınması, ikincisi, beynəlxalq hüquq normalarına istinad…
Hazırda de-fakto bir reallıq var və bu reallıq da Abxaziya və Osetiyanın işğalı ilə bağlıdır. Abxaziya və Osetiya Ermənistan, Azərbaycan və Rusiya kimi Gürcüstanın müstəqil qonşularıdır. Zurabişvilinin demək istədiyi budur”.
Onun sözlərinə görə, Avropa Gürcüstanının qəti tələbi ondan ibarətdir ki, Gürcüstan hökuməti bu bəyanatın inkar edilməsi və Gürcüstanın işğal olunmuş ərazilərlə heç bir sərhədi olmadığı barədə rəsmi açıqlama verməlidir.
Qeyd edək ki, Salome Zurabişvili Gürcüstanın Azərbaycan və Ermənistanla sərhəd problemlərinin həll edilməsinin vacib olduğunu bildirib. O, bu barədə tərəflər arasında anlaşmanın əldə edilməsinə baxmayaraq, danışıqların dayandığını deyib.