“Paris-2024”: Yenilənmiş Olimpiya medalları Azərbaycan idmançılarına təqdim olunub
Azərbaycan teatrının görkəmli siması Sidqi Ruhulla 140 yaşında yad edilir
Azərbaycan dühası Mərkəzi Asiya kontekstində: Rafael Hüseynovdan yaddaqalan çıxış
I rübdə qeyri-neft sektoru üzrə ixrac gəlirləri 12%-ə yaxın artıb
10 Fevral 2020 11:19
2 744
Çexiya parlamentinin müşahidə missiyası fevralın 10-da Milli Məclisə seçkilərlə əlaqədar mətbuat konfransı keçirib.
Çexiya Deputatlar Palatasının üzvü Yaroslav Holik seçkiləri 16 məntəqədə müşahidə etdiklərini bildirib. O, məntəqələrdə yaradılan şəraitdən məmnun qaldıqlarını, müşahidələri zamanı qayda pozuntusu qeydə almadıqlarını vurğulayıb.
“Azərbaycanda seçkilər zamanı öz ölkəmizdə tətbiq olunmayan yeniliklərin də şahidi olduq. Azərbaycanda görmə qabiliyyəti olmayan seçicilər üçün bülletenlər Brayl əlifbası ilə hazırlanıb. Bu, onların digər vətəndaşlar kimi səsvermə hüquqlarından yararlanmasına imkan verir. Bununla yanaşı, seçicilərin barmaqlarının rəngsiz mürəkkəblə rənglənməsi onların təkrar səs vermələrinin qarşısının alınmasında, şəffaflığın təmin olunmasında mühüm rol oynayır. Seçki məntəqələrində veb-kameraların quraşdırılması da təqdirəlayiqdir. Bizim müşahidələrimiz çox yaxşı keçdi, heç bir qayda pozuntusuna rast gəlmədik”, - deyə Y.Holik qeyd edib.
Missiyanın digər üzvü Kveta Matuşovska da müşahidələrinin nəticələrindən məmnun qaldığını, onlar üçün məntəqələrdə hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb.