Pakistan və Misir XİN rəhbərləri arasında telefon danışığı olub
14 Avqust 17:18
14 Avqust 17:18
14 Avqust 13:00
26 Mart 2020 17:38
2 695
Prezident İlham Əliyev 2013-cü il iyulun 18-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi”nə Dəyişiklik haqqında Protokolun təsdiq edilməsi barədə Fərman imzalayıb.
Fərmanda qeyd edilir ki, 2013-cü il iyulun 18-də Paris şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi”nə Dəyişiklik haqqında 2020-ci il yanvarın 28-də Paris şəhərində imzalanmış Protokol təsdiq edilsin.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatına bildiriş göndərsin.
14 Avqust 17:37
910
14 Avqust 16:57
910
14 Avqust 15:52
826