31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür – 2-ci yazı Siyasət

31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür – 2-ci yazı

Bakıda bu qırğını həyata keçirmək üçün bolşevik cildinə girmiş, bu pərdə arxasında gizlənən, əslində isə daşnak ideologiyası ilə si¬lah¬lanmış Şaumyan, Avakyan, Arakelyan, Ter-Mikaelyan, Saakyan, Əmir¬yan, Mikoyan, Korqanyan, habelə öz fərdi və çeşidli qəddarlıqları ilə hələ 1905-07-ci illərdə ad çıxarmış hərbi canilər Amazasp, Lalayan, Muradyan, Avetisyan, Qazaryan və başqaları ciddi hazırlıq işlərinə başladılar. Mənbələr göstərir ki, ordudan gələn erməniləri toplamaq, silahlandırmaq, doyüşə hazırlamaq üçün 1918-ci il fev¬ra¬lın 6-da tanınmış peşəkar erməni zabiti İvan Baqramyan, martın 8-də isə Rustam Zaryan və Akop Baqratuni kimi erməni zabitləri də bu işdə onlara kömək etmək məqsədi ilə Bakıya ezam edilirlər. Nəhayət, bütün hazırlıq işlərini başa çatdıran erməni-daşnak faşist-ləri Bakıda topladıqları 15 minlik daşnak silahlısından və 5 minlik qırmızı rus muzdlusundan ibarət 20 minlik terror qruplaşmaları və hərbiləşdirilən hissələrlə martın 30-da (köhnə hesabla martın 18-də, Novruz ərəfəsi, ilaxır çərşənbə günü) həmləyə keçdilər. Azərbaycan türklərinin çox və kompak-sıx yaşadıqları küçə və meydanlar, tarixi məhəllələr, toplum halında yığışdıqları bazar yerləri, məscidlər, milli ziyalılara məxsus cəmiyyətlərin yerləşdiyi binalar, qəzet redaksiyaları, mətbəələr, məktəblər, xəstəxanalar, mədəniyyət müəssisələri və şəhərətrafı kəndlər öz tərəflərinə çək¬dik¬ləri Xəzər donanmasının hərbi gəmilərindən, şəhərin “Ermənikənd” adlanan hissəsində və digər ərazilərdə ayrı-ayrı binaların çardaq¬la-rın¬da əvvəlcədən gizli şəkildə yerləşdirdikləri toplardan və pulemyotlardan güllə, mərmi yağışına tutuldu. Çar Rusiyasından qalma ələ keçir¬dikləri aeroplanlardan şəhəri bombaladılar.
Bu nəhəng qırğının ardınca 10-30 nəfərə bölünən qana susamış, qana həris ter-ror qrupları dəstəbədəstə kütləvi qırğın, talan, qarət və soyğun¬çu¬luq¬la məşğul olmaq, türklərə məxsus yararlı nə var mənimsəmək, gö¬tü¬rülməsi və aparılması mümkün olmayan, canlılar qarışıq yerdə qalan hər şeyi büsbütün məhv etmək məqsədilə boy sırası ilə evlərə, mülk və mənəllələrə, habelə şəhərətrafı kəndlərə soxuldular. 30 mart-05 apreldə davamlı olaraq Bakıda qırğınlar davam etdirildi. Bunun ar¬dın¬ca erməni faşistləri Bakıətrafı Əhmədli, Məmmədli, Balaxanı, Binəqədi, Bibiheybət, Hökmalı, Zabrat, Sabunçu, Ramana, Hövsan və Xır¬dalan kəndlərində mülki əhalini məqsədyönlü və kütləvi şəkildə məhv etdilər. Bu məhvetmənin, soyqırımın kiçik zaman kəsiyində başvermə sürətinə, müddətinə, amansızlığına görə miqyası o qədər böyük və əhatəli qəsbkarlıq halı kəsb etdi ki, bu soyqırımı bundan əvvəl və ya sonrakı dövrlərdə törətdikləri Saq¬qarsu, Hortuyüz, Umudlu, Urmiya, Ouba, Şamaxı, Yayçı, Gözəldərə, Qırxbulaq, Qaradağlı, Xocalı, Ağdaban və s. yaşayış mən¬tə¬qə¬lərimizin adıyla bağlı çoxsaylı soyqırımlarla, 20 Yanvar qırğını ilə müqayisə etmək qeyri-mümkündür.
***
Təkcə 30-31 martda Bakı şəhərində 15 min, 7 gün ərzində isə ümumi¬likdə 30 min mülki əhali qətlə yetirildi. Bu kütləvi məh¬v¬et¬mə¬nin, qətliamın icra tərzi, elə bir qəddarlıq, amansızlıq, vəh¬şilik, həyasızlıq, abırsızlıq, ədəbsizlik və əxlaqsızlıqla yerinə yetirildi ki, bu gün ermənilərin bu rəzilliyini, vandalizmini, alçaq hərəkətini və yaramazlıqlarını heyvani yırtıcılıq adlandırmağa, erməni adı yanında dilsiz-ağılsız heyvanların adını bədnam eləməyə adamın dili gəlmir. Axı ermənilər bu vəhşi hərəkətlərini bilərəkdən, şüurlu və məqsəd¬yön¬lü şəkildə icra ediblər və edirlər. Ona görə də ermənilərin xislət¬lə¬rindəki yırtıcılıq təhər-tövrünə məncə, heyvani deyil, bəşərin utancı olaraq bəşəri yırtıcılıq adı vermək, bu sayaq adlandırmaq daha dürüst ifadədir.
AXC hökuməti tərəfindən 16 iyul 1918-ci ildə yaradılan Fövqə¬ladə Təhqiqat Komissiyasının Bakıda Mart qırğını ilə bağlı apardığı və tərtib etdiyi təhqiqat materiallarının şahidləri dindirmə protokol¬la¬rını oxuduqca adam dəhşətə gəlir. Göstərilənləri və deyilənləri bir¬başa və səhifələri ardarda oxumaq mümkün deyil. İnsan az qalır ha¬valansın, insanlığından utanc hissi keçirir. Bəri başdan deyək ki, şahidlər ancaq təsadüflər nəticəsində sağ qalan insanlardır. Bir qismi həyatını risqə qoyub qaçan, bir qismi sorğu-sualsız bütün yatırımını son qəpiyinədək canına sipər edib qurtulanlardır. Başqa bir qismi milliyyətcə rus, gürcü olanlar və ya həmin millətdən olub, erməni hiy¬ləsinə uyanlar və sonra aldandıqlarını anlayan qırmızı muzdlular dəs¬təsinin və ruslardan ibarət hərbi hissə qulluqçularının nüma¬yən-dələridir. Əsas olan digər bir qismi isə şəhər sakinlərinin say etibarılə 2-ci çoxsaylı toplumu olan rus əhalisinin müdaxiləsindən sonra güllələnmədən can qurtaran Azərbaycan türkləridir.
İlahi, şahidlər hansı qanlı hadisələrlə rastlaşmayıblar, nələr gör¬məyiblər, nələrdən danışmırlar, nələr demirlər, nələr yazmırlar. Daş¬naklar körpələrin başını kəsib qanlarını analarına içirirlər; 2 yaşlı uşaq və 22-23 yaşlı çılpaq qadın divara mıxlanır; uşaqların kürəyinə sancılmış payacıqlar torpağa çalınır; qadın-qızlar zorlanır; çoxsaylı zorlanmanın izi görünən, üzündə-boğazında sillə-barmaqların qan-çır yerləri göyərmiş 13-14 yaşlı qız meyidi qanlı yataqdadır; hamilə qadınların qarnı yarılaraq doğulmamış körpələri süngüyə keçirilir, bəziləri də yerə atılaraq tapdanır; qadın meyitlərinin çoxu çılpaq və döşləri kəsili haldadır; bələkdəki südəmər meyitinin əl-ayağını sahibsiz itlər didişdirir; qundaqda diri-diri yanar piltə üstünə doyulan cocuq yanıb kömürə dönüb; qızıl və kağız pullarla yanaşı qızıl, birilyant, gümüş, zinyət əşyaları, daş-qaşlar, üstə qulaq əti və barmaq parçaları olan sırğa və üzüklər torbalara yığılaraq daşınır; soy¬ğun¬çuluq məqsədi ilə ancaq cındır geyimli meyitlərin əyin-baş paltarları soyundurulmamış qalır. Başları tüfəng qundağı ilə əzilmiş, gözləri çıxarılmış, boğazları xəncərlə kəsilmiş, körpü sümükləri, qolu-qıçı sındırılmış, doğranmış, bədəni döyülməkdən əzilmiş, sifəti göyərmiş, qarnı paramparça edilmiş, yarılmış, bağırsağı, içi-içalatı çölə tökülmüş, diri-diri qıçından və boğazından asılmış, burun-qu¬la¬ğı, cinsiyyət orqanları kəsilmiş, aidiyyatı əzaları yerində olmayan, bədənində çoxsaylı süngü yaraları, kəsikləri, dəlmə-deşikləri olan meyitlər var. Girov götürülənlər diri-diri “Fantaziya” hamamının qaynar suyunda pörtlədilir; rus, yəhudi evlərində gizlənənlər aşkar edilib yerindəcə güllələnir; Güney Azərbaycandan gəlib Bakıda binəgüzarlıq edənlər türk olduqlarına görə kütləvi şəkildə qətlə ye¬ti¬rilir, hamballıq edənlərin küçə və meydanlarda, ağır fiziki əməklə məş¬ğul olan günəmuzdluların neft mədənlərində qalaqlanan meyid¬ləri yandırılır. Ələ keçən müsəlmanlar seç¬mə¬lənir, türk olanlar diri-diri oda qalanır, qətlə yetirilənlərin meyitləri alova atılır, quyulanır, dənizə tökülür, dərin-dayaz çalalara, yarğan¬lara çinlənərək üstləri əl qalınlığında torpaq qatı ilə örtülür. Ziyalılarla yanaşı gimnaziya tələbələri, pinəçisindən tutmuş xırdavat alverçisinədək şəhərin erməni sakinləri əyinlərinə hərbi forma geyib qarətlə, talanla məşğul olur, qarşılarına çıxan türk olanı uf demə¬dən qətlə yetirirlər.
***
Erməni hampası Adamovun ailəsində hazırlıq işi görülür, “xeyriyyəçilik məqsədilə” canfəşanlıq edilir, əvvəldən vəd etdikləri əhdə uyğun olaraq mart qırğınının baş tutmasına görə küçə¬lərdə qarşılarına çıxan “hayes” deyilən hər kəsə kəllə qənd şirniyyatı paylanır, digər erməni evlərində Azərbaycan türklərinin qətliamı münasibəti ilə bal atəşfəşanlığı təşkil edilir. Şahidlər göstərirlər ki, 15 sentyabr ərə¬fə¬sində erməni-daşnak faşistləri öz qəddarlıqlarını, vəhşiliklərini şəhərətrafı kəndlərdə yenidən təkrar edirlər. Xüsusilə Ramanı, Ba¬la¬xa¬nı kəndlərinin minlərlə sakini qətlə yetirilir, evlər dağıdılır, yan¬dırılır, yerlə bir edilir. Can qurtaran əhali erməni-daşnak faşistləri tərəfindən xaraba qoyulmuş evlərinə ancaq Bakı şəhəri işğaldan azad olunduqdan sonra qayıda bilirlər...
Saxta, antitürk sovet tarixşünaslığı ötən illərdə erməni-daşnak faşistlərinin 7 gün ərzində Bakıda 30 min Azərbaycan türkünü qətlə yetirmələrini tarixin yaddaşından silib atmağa cəhd göstərdi. Mart qırğınını proletariatla burjaziya arasındakı sinfi mübarizə kimi qə¬lə¬mə verməkdən heç cür əl çəkmədi. Sovet ədəbiyyatşünaslığı isə bu qırğını o dövrdə ayrı-ayrı regionlarda baş verən vətəndaş mühari¬bəsi kimi qələmə verir. Saxta sovet tarixşünasları və ədəbiyyat¬çı¬ları tə¬rə¬fin¬dən uzun illər, 1915-ci ildə olmayan və zama¬nın¬¬da adı çəkil¬mə¬yən, bu gün siyasi dairələr tərəfindən şou səviyyəsində səsləndirilən qondarma “erməni soyqırımı”nın so¬vet hökuməti tərəfindən ta¬nınmasını körükləyən qalaq-qalaq kitablar çapa verdilər.
***

Halbuki 1915-ci ildə Osmanlı hökuməti tərəfindən heç bir “er¬məni soyqırımı” hadisəsi törədilməmişdi. Heç bir əsas olmadan ermənilər iddia edirlər ki, guya həmin ildə Osmanlı torpağında 2,5 mil¬yon erməni əhalisi soyqırıma məruz qalmışdı. Türkiyə cüm¬huriy¬yətinin və Böyük Britaniya Kraliçasının arxiv materiallarında göstərilir ki, 1914-cü ildə Osmanlı torpağında 1 milyon 300 min erməni əhalisi olmuşdu. Bu əhalinin də 400 min nəfəri həmin dövr¬də təhlükəsiz əraziyə köçürülmə acısından qurtulmaq üçün islamı qəbul etdiklərini bəyan edərək xristian dünyası ilə əlaqələrini kəsdiklərini bildirmişdilər. 900 min erməninin 2/3-dən çoxu Qərb ölkələrinə və çar Rusiyasının ərazisinə köçürülmüşdü. Az bir hissəsi isə xəyanətlərinin, satqınlıq etmələrinin qurbanlarına çevirilmişdi.

Əlisahib ƏROĞUL