 
                
                
                
             
                
                
                
            Nazir: Azərbaycanın UNESCO ilə tərəfdaşlığı mədəni irsin inkişafına əsaslanır
Gürcüstanın XİN rəhbəri: Azərbaycanla strateji tərəfdaşlığın çox ciddi əhəmiyyəti var
Hesablama Palatası 2026-cı il dövlət büdcəsinə rəy verib, Milli Məclisə göndərib
Hazırda Ağdərənin 7, Xocalının isə 11 kəndinə əhalinin köçürülməsi istiqamətində işlər aparılır
Zəngəzur dəhlizinin Azərbaycan hissəsi gələn ilin sonunadək tamamlanacaq
 4 Aprel  2020 11:18
4 Aprel  2020 11:18 2 968
2 968
“Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər”i şiddətlə qınayırıq”.
Bu barədə Türkdilli Ölkələrin Parlament Assambleyasının (Türk PA) martın 31-də Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"lə bağlı yaydığı bəyanatda qeyd olunub.
“Türk PA beynəlxalq hüquq norma və prinsiplərinin hər hansı qaydada pozulmasını, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə xələl gətirən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma "seçkilər"i şiddətlə qınayır.
Türk PA, bəyannamələrində dəfələrlə təsbit edildiyi kimi Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həllində qətiyyətli şəkildə dəstəyini bir daha vurğulayır”, - deyə bəyanatda qeyd olunub.
 
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    