“Əgər biz uşaqpulunu bərpa edə bilsək...” Siyasət

“Əgər biz uşaqpulunu bərpa edə bilsək...”

Əli Məsimli: “Yardıma ehtiyacı olan insanların çoxunun problemini həll etmiş olarıq”

Milli Məclisin növbəti plenar iclası keçirilib. Spiker Sahibə Qafarovanın sədrlik etdiyi iclasda millət vəkilləri müzakirəsinə 28 qanun layihəsi təqdim edilib. Spiker bildirib ki, gündəliyə dəyişiklik edilib. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişiklik və “Sığorta fəaliyyəti haqqında” qanun layihələri gündəlikdən çıxarılıb.
Deputat Tahir Kərimli bildirib ki, 1918-ci ilin mart, aprel ayında Bakıda, torpaqlarımızda ermənilər azərbaycanlılara qarşı soyqırımı həyata keçiriblər. O deyib ki, Cənubi Azərbaycanda da ermənilər soyqırımı törədib, on minlərlə insanı öldürüblər: “1965-ci Moskva icazə versə də, həmin vaxt Təhlükəsizlik Xidmətinin rəis müavini Heydər Əliyevin sayəsində 10 minlərlə insan genosiddən xilas oldu”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı ildə bir dəfə Azərbaycanda “Şəhidlər həftəsi”nin qeyd olunmasını təklif edib: “Hesab edirəm ki, bu, vətənpərvərlik ruhunun möhkəmləndirilməsində xüsusi bir rol oynayacaq”.
Deputat Fazil Mustafa deyib ki, 1920-ci ildə Yalamada 300 Azərbaycan oğlu Cümhuriyyətin müstəqilliyini qorumaq üçün hərbi qatarın qarşıısna çıxaraq savaşıblar, şəhid olublar: “O insanların xatirəsi əbədiləşdirilməlidir”. Bununla bağıl layihə təqdim etdiyini nəzərə çatdıran millət vəkili Məhəməmd Əmin Rəsulzadənin Bakıda yaşadığı mənzilin muzeyə çevrilməsini də təklif edib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun bu ilin 21 aprel tarixində keçirdiyi video-konfrans zamanı Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara dair səsləndirdiyi bəyanatına Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın münasibəti növbəti təxribatdır. O bildirib ki, bu, Ermənistanın birinci təxribatı deyil: “Elə etmək lazımdır ki, bu onların sonuncu təxribatı olsun. Beynəlxalq təşkilatlar bilir ki, bunlar əllərindən gələni edəcək ki, status-kvo qalsın. Bunlar insanlığa qarşı bütün cinayətləri ediblər, təki torpaqlarınm işğalı davam etsin, status kvo qalsın”. Səməd Seyidov vurğulayıb ki, Ermənistanın təxribatları baş tutmayanda isə onlar danışıqlardan qaçırlar: “Necə ki, Paşinyan Parisdə danışıqlar zamanı 5 dəqiqəlik tənəffüs alıb təyyarəsinə minib qaçmışdı. Cənab Prezident İlham Əliyev beynəlxalq aləmdə erməni yalanlarını üzə çıxarıb. Bütün beynəlxalq təşkilatlar işğal edilmiş Azərbaycan torpaqlarda qondarma “seçkiləri” danımadı. Ermənilərin heç bir təxribatı baş tutmayıb. Danışıqlarla bağlı üç tərəfli format cəhdi də baş tutmadı, cənab Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında tutarlı arqumenmtlərlə Ermənistanın bu cəhdinə də son qoydu”. Səməd Seyidov Xarici İşlər Nazirliyinin nümayəndələrinin dəvət edilərək, Dağlıq Qarabağ münaqişənin həlli mövzusunda parlamentin komitələrində müzakirələrin keçirilməsini də təklif edib.
Spiker Sahibə Qafarova Səməd Seyidovun təklifinin nəzərə alınacağını bildirib.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc diqqətə çatdırıb ki, Pandemiyaya qarşı mübarizədə xalqımızın vahidliyini və birliyini xüsusi olaraq qeyd etdiyimiz halda biz eləcə də ideologiyası və hakimiyyətə münasibətindən asılı olmayaraq, son 20-ildə ilk dəfə iqtidar, müxalifət və müxtəlif partiyalar arasında formalaşan anlaşma, dialoq və gələcəyə birgə baxış ətrafında böyük dəyişiklikləri görürük. Onları cəmiyyətimiz üçün də xatırlatmaq çox vacibdir Komitə sədri bunun ilk növbədə, prezident tərəfindən Admnistrasiyada partiyalarla iş üzrə xüsusi şöbənin yaradılmasında özünü göstərdiyini bildirib: “Daha sonra 2019-cu ilin martın 16-da daxildə və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən əfv sərəncamı verildi. Elə həmin ayda Cənab prezident humanist xəttini davam etdirərək Elçibəy ailəsinə qayğıkeşliyini nümayiş etdirdi. Bu işdə hörmətli Mehriban xanımın fəaliyyəti əvəzsizdir. Daha sonra biz iqtidara münasibəti nəzərə alınmadan bütün partiyalarla başlanan dialoqun şahidi olduq.Siyasi radikalizim və qarşılıqlı inkarçılığın aradan götürülüməsində bunun böyük faydası vardır. Prezident Münxen sammitində Paşinyan qarşısında Mütəllibovu xilas etdi və daha sonra “Ana harayı” abidəsi qarşısında protokolda Mütəllibova yer verərək öz müdrikliyini, böyüklüyünü bir daha dünyaya göstərdi. Milli Məclisin rəhbər strkuturlarının formalaşmasında geniş siyasi spektrə yer verilməsi, partiyalara dövlət idarəçiliyində müəyyən yerlər ayrılması da hesab edirik ki, ölkə rəhbəri tərəfindən bəyan olunan yeni siyasi arxitekturanın konturları hesab oluna bilər. Azərbacanda bütün partiyalar dövlətin çağırışına uygun olaraq pandemiya ilə mübrizədə vahid mövqedən çıxış etdilər. İstər Mübarizə fonduna göstərilən dəstək, istərsə də imzalanan həmrəylik bəyanatı bunu sübut edir. Bu cərgədən kənarda dayanan kiçik bir qrupun iddiasınn əksinə olaraq, hakimiyyət yüz minlərlə vətəndaşa yardım edərkən insanların partiya mənsubiyyətinə baxmayıb. Eləcə də inzibati xətalara görə tənbeh tədbirləri zamanı da siyasət deyil, hüquq əsas götürülüb. Dünən Real Partiyasının rəhbərliyi ilə bağlı çıxarılan qərarlar sübut edir ki, Azərbaycan dövləti ölkəmiz əleyhinə köklənən beynəlxalq təşkilatlara imkan verməmək, daxili qüvvələri onların əllərindən almaqda israrlıdır. Bu cənab İlham Əliyevin Milli Məclisin tribunasında səsləndirdiyi “gəlin problemləri ölkəmizdə çözək, onu kənara daşımayaq” bəyənatına dövlət tərəfindən göstərilən prinsipial münasibətdir. Bütün bunlar götərir ki, dövlət partiyaların inkişafını istəyir və Azərbaycanda hökm sürən əvvəlki şəraiti dəyişdirməkdə israrlıdır.Siyasətdə nifrət və qeyri etik mübarizənin aradan qaldırılması üçün bunlar çox vacibdir. Biz bütün partiyaları yeni şəraiti dərindən dəyərləndirməyə, siyasi mübarizədə qanunlara və Etik Kodeksə əməl etməyə, yeni mərhələni irəli aparmağa, eləcə də hesabatlar hazırlayan insan haqları üzrə beynəlxalq təşkilatları Azərbaycanda həyata keçirilən böyük siyasi dəyişkilikləri obyektiv qiymətləndirməyə çağırırıq”.
Daha sonar Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik məruzəsi dinlənilib. Sənədi Ombudsman Səbinə Əliyeva təqdim edib. Müzakirələrdən sonra məruzə səsverməyə çıxarılaraq qəbul edilib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, deputat Jalə Əliyeva bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirus infeksiyasının fəsadlarından qorunmaq üçün vaxtında preventiv addımlar atılır, profilaktik və sistemli tədbirlər həyata keçirilir: “Həyata keçirilən mühüm tədbirlər nəticəsində koronavirus pandemiyasının ölkəmizdə geniş yayılması və təhlükəli həddə çatması artıq mümkünsüzləşdirilib: “Təhlükəni anında və məqamında hiss edən ölkə Prezidenti çoxlarının, hətta dünyaya “insanlıq və demokratiya dərsi” keçib, indi də insanlıq dramı yaşayan, təhlükəyə, bəlaya sanki gözləri baxa-baxa təslim olan aparıcı dövlətlərin və onların rəhbərlərinin “Bu da keçib gedər, virusdur, ötəridir, baş qoşmağa dəyməz” kimi bir yanaşma sərgilədikləri və bunun bədəlini çox ağır ödədikləri bir dönəmdə cənab Prezident İlham Əliyev epidemiya ilə mübarizənin bütün yollarını arayıb-axtardı, bu bəlanın ölkəmizdə genişlənməməsi və təhlükəli hal almaması üçün bütün resursları səfərbər etdi.
Nəticələr göz önündədir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə aparılan genişmiqyaslı tədbirlər öz nəticələrini verir, görülən işlər vətəndaşlar tərəfindən böyük razılıqla qarşılanır. Bu tədbirlər sırasında məşğulluğa və sosial rifaha dəstək xüsusi yer tutur. Dövlətimizin başçısının 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Koronavirus pandemiyası dünyanı cənginə alandan və ölkəmizə “gəlməyə” başlayandan böyük iradə ortaya qoyulub, qətiyyyət nümayiş etdirilib. Ölkə Prezidentinin Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, büdcədən həmin fonda 20 milyon vəsait ayrılıb. Bunun davamı olaraq daim humanistlikləri, insanpərvərlikləri ilə seçilən dövlət başçımız və Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz birillik məvaciblərini fonda ianə ediblər və bununla da növbəti gözəl bir ənənənin əsasını qoyublar. Artıq deputatlar, Milli Məclis də daxil olmaqla, bütün strukturlar, imkanlı şəxslər, sahibkarlar, iş adamları, ziyalılar, ünlülər, sadə vətəndaşlar belə bu fonda vəsait köçürməkdə, xeyirxah, savab işə töhfələrini verməkdədirlər. Əminik ki, dövlətimizin dəstəyi və Tanrının köməyi ilə biz bu bəladan da az zərərlə qurtulacaq, çətin günlər tezliklə arxada qalacaq, Azərbaycan xalqı öz sakit, firavan həyatına davam edəcək”.
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli isə uşaqpulunun bərpa edilməsini təklif edib: “Əgər biz uşaqpulunu bərpa edə bilsək, yardıma ehtiyacı olan insanların çoxunun problemini həll etmiş olarıq”. Əli Məsimli həmçinin adına kiçik torpaq sahəsi olan şəxslərə 190 manatlıq birdəfəlik verilməsini də istəyib. Deputat bundan əlavə, Azərbaycanda əlillərə verilən müavinətlərin artırılmasını vacib sayıb.

Əli