

Tovuzda baş verən qətllə bəzi təfərrüatlar məlum olub.
APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, Səbuhi Hacızadə ötən gün yaşadığı Monteneqrodan Tovuz rayonuna gəlib. Bu gün səhər saatlarında o, həyat yoldaşı 1996-cı il təvəllüdlü Mətanət Hacızadənin atası evinə gedib. Orada ər-arvad arasında mübahisə düşüb və S.Hacızadə M.Hacızadəni bıçaqlayaraq öldürüb.
Onların 3 azyaşlı oğlu var.
Hazırda S. Hacızasənin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
***
12.47
Tovuzda qətl hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb. Əyyublu kənd sakini 1996-cı il təvəllüdlü Hacızadə Mətanət Asif qızı bıçaqlanıb.
Qadın hadisə yerində ölüb.
Hadisənin onu əri 1993-cü il təvəllüdlü Hacızadə Səbuhi Vidadi oğlu tərəfinfən törədildiyi bildirilir. Qətli törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.