"Paşinyan erməni toplumunu format edir" Dünya

"Paşinyan erməni toplumunu format edir"

Eçmiədzin kilsəsi beynəlxalq lobbi və konspirativ fəaliyyət təşkilatlarının tərkib hissəsidir. Yarandığı gündən bu günə kimi yalan və iftiralar üzərində qurulmuş Eçmiədzin kilsəsinin özəyi intriqalar üzərində qurulub.

Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.

O, qeyd edib ki, Paşinyanın Eçmiədzin kilsəsinin üzərinə getməsi və yepiskopların həbsi bu intriqalara son vermək məqsədi daşıyır:

"Bir neçə əsrlik kilsənin oyunları Ermənistan üçün baha başa gəldi. Əldə etdikləri hesab etdikləri bütün qazancları, Azərbaycanın işğal olunmuş torpaqlarının üzərində qurulmuş "Böyük Ermənistan" xülyaları, soyqırım oyunları əllərindən çıxdı və ya çıxmaq üzrədir. Paşinyan Ermənistanı real dünyaya qaytarır. Erməni toplumunu format edir. Hesab edirəm ki, baş verən proseslər erməni cəmiyyətinin xeyrinə dəyişikliklərlə nəticələnəcəksə, bundan Ermənistanın gələcəyi udacaq".

Cavid