Həsən Məmmədzadə Litvanın müdafiə naziri ilə görüşüb Siyasət

Həsən Məmmədzadə Litvanın müdafiə naziri ilə görüşüb

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin müdafiə naziri Yozas Olekas ilə görüşüb. Bu barədə BayMedia-ya Azərbaycanın Litvadakı səfirliyindən məlumat verilib.
Görüş zamanı, Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri və hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub.
Səfir Həsən Məmmədzadə müdafiə nazirinə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verib. Səfir prezident İlham Əliyev tərəfindən ordunun güclənməsi və peşəkarlığın artırılmasına xüsusi önəm verildiyini bildirərək, Yozas Olekasa Azərbaycanda son dövrlərdə Silahlı Qüvvələr sistemində aparılan islahatlardan danışıb.