Fransadan Paris görüşü ilə bağlı açıqlama Siyasət

Fransadan Paris görüşü ilə bağlı açıqlama

"Azərbaycan və Ermənistan prezidentlərinin görüşü oktyabrın ən prioritet mövzularından biridir"

"Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlarda irəliləyiş əldə etmək üçün lazımi mühitin hazırlanmasına çalışacaq".
APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bu sözləri Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Erik Furnye (Eric Fournier) Ermənistanda səfərdə olarkən deyib. E. Furnye bildirib ki, Ermənistan və Azərbaycan prezidentlərinin qarşıdakı Paris görüşü oktyabrın ən prioritet mövzularından biridir: "Fransa prezidentinin təşəbbüsü ilə keçiriləcək görüşdə biz tərəflər arasında qarşılıqlı inam atmosferinin yaranmasına çalışacağıq ki, danışıqlarda irəliləyiş əldə etmək mümkün olsun".