“Əli Kərimli qədər Elçibəyə xəyanət edən ikinci bir adam yoxdur” Siyasət

“Əli Kərimli qədər Elçibəyə xəyanət edən ikinci bir adam yoxdur”

Niyaməddin Orduxanlı: "Bu adam öz ətrafında olan adamlara qul kimi baxır"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müşabviri Şakir Abbasov partiya sıralarından istefa verib. Partiyanın yaradıcılarından olan Şakir Abbasov istefası ilərdi toplnan narazılığın nəticəsi olduğunu deyib: "Mən AXCP-nin özəyini təşkil edən, AXC-nin ilk təsis toplantısında iştirak edənlərdən biri kimi təəssüflə bildirmək istəyirəm ki, gəldiyimiz nöqtə ürəkağrıdıcıdır. O ilk toplantıya qatılanlardan sonuncusu olaraq, partiyanı tərk etmək qərarı bir anın deyil, illərdən bəri toplanan narazılığın nəticəsidir. Mən burada köhnə məsələləri açıb, hər kəsin bildiklərini təkrarlamaq istəmirəm". Şakir Abbasov gələcək planları barədə məlumat vermək istəməyib.
Əli Kərimli niyə Azərbaycanda ən çox tərk edilən siyasətçidir?
Buna münasibətini açıqlayan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı bildirdi ki, Əli Kərimli Azərbaycan siyasətinin xəyanət simvoludur: "Siyasi fəaliyyətlə məşğul olan hər kəs yaxşı bilir ki, Əli Kərimli qədər Milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyə xəyanət edən ikinci bir adam yoxdur. Bu adam öz ətrafında olan adamlara qul və onunla rəqib olan siyasi şəxslərə düşmən kimi baxır. Və yanında olan şəxsləri də məcbur edir ki, siz də onlara düşmən kimi baxın. Vaxtilə mərhum Heydər Əliyevə yalvarırdı ki, onu hansısa bir ölkəyə səfir təyin etsin. Heydər Əliyev də onun xəyanətkar olduğunu bilidyi üçün bunu etməyib. Əli Kərimli öz şəxsi maraqları üçün istənilən adamı qurban verir. Öz oğlunu İngiltərədə oxutdurur, yaxşı şəraitlə təmin etdirib. Bir neçə gün bundan qabaq Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin son əfv fərmanında NİDA üzvüləri də azadlığa çıxıblar. Mən bunu çox müsbət addımı kimi xarakterizə edirəm. Ancaq niyə dünən əfv olunan bu gəncləri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli , Xədicə İsmayıl və başqaları ziyarət etmədi?! Bəli, bu adamların hamısı qeyri-səmimi və saxtakardılar".
O, həmçinin əlavə etdi ki, bir neçə gün bundan qabaq Əli Kərimli özünü öldürürdü ki, gənclərin azadlığa çıxmasını istəyirəm və buna görə də "mitinq" keçirtdi: "Əli Kərimli, bu həmin gənclərdi ki, sənin kimlərin və başqalarının təsiri altına düşüb onları türməyə göndərdiniz. Sizlər bu gənclərin günhına girmisiniz! Məhs sizlər bunları aldadıb, yağlı vədlər verib "tezliklə hakmiyyətə gəlirik, sizlər vəzifə sahibi olacaqsınız" demişdiniz. Niyə türmədən çıxan gənclərin görüşünə getmədiniz? Bax, sizin mahiyyətiniz budur! Bütün günü beynəlxalq təşkilatlara danosçuluq edirdin ki, bu gənclər "siyasi məhbusdur". Bu bir il ərzində bir dəfə də olsun bu gəncləri həbsxanada ziyarətdə etmədin. Niyə susursan? Sevinmədiniz bu gənclərin azadlığa çıxmasına?! Bu gün Əli Kərimlinin yanında olan 5-10 gənc baş verən hadisədən ciddi nəticələr çıxartmalıdılar və başa düşməlidilər Əli Kərimlinin bu münasibəti bir gün onlar üçün də olacaq və bu siyasətin qurbanı olmasınlar. Bilin ki, sizlərdən Əli Kərimli istifadə edib beynəlxalq təşkilatlardan qrant alır. Əli Kərimlinin keçmişi ilə maraqlanın
Əslində onu tanıyan adamlar yaxşı bilir ki, hakmiyyət Əli Kərimliyə qarşı loyal münasibət göstərsə, bu adam köhnə peşəsinə qayıdacaq".

Əli