ABŞ-dan Azərbaycan Prezidentinin qərarına dəstək Siyasət

ABŞ-dan Azərbaycan Prezidentinin qərarına dəstək

Rəsmi Vaşinqton insan hüquqları üzrə işçi qrupunun bərpasını da alqışlayıb

"Birləşmiş Ştatlar Azərbaycanda vətəndaş cəmiyyətinin dörd fəalının, o cümlədən Həsən Hüseynlinin əfv edilərək azad olunmasını alqışlayır". Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
Bəyanatda qeyd edilir ki, iyul ayında xuliqanlığa dair şübhə doğuran ittihamla məhkum edilmiş Həsən Hüseynli və onun başçılıq etdiyi QHT Bakıdakı ABŞ səfirliyi ilə tələbə mübadiləsi, təhsil müşavirliyi sahəsində əməkdaşlıq edirdi: "Onunla birlikdə, eyni gündə üç gənc fəal – Bəxtiyar Quliyev, Şahin Novruzlu və Elsevər Mürsəlli də həbsxanadan buraxılıblar".
Dövlət Departamenti sözçüsünün müavini Mari Harperin səsləndirdiyi bəyanatda deyilir ki, ABŞ bu addımı alqışlasa da, eyni gündə Azərbaycanda yerli və xarici QHT-lərin fəaliyyətini məhdudlaşdıran yeni qanunun qəbulunu (Xaricdən qrant almaq Azərbaycan hökumətinin icazəsinə bağlandı) tənqid edib: "Biz daha çox pozitiv addımlar görmək istəyirik və Azərbaycan hökumətini bütün vətəndaşların təməl azadlıqlardan istifadə edə bilməsi hüququna tam hörmət etməyə çağırmaqda davam edirik. Uzunmüddətli stabillik yalnız bütün azərbaycanlıların təməl azadlıqlarının təminatı şəraitində mümkün ola bilər".
ABŞ-ın Azərbaycandakı səfirliyi isə Azərbaycanda insan hüquqları üzrə işçi qrupunun bərpasını alqışlayıb. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi saytı xəbər verir.
Səfirliyin məlumatında deyilir ki: "Birləşmiş Ştatların Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətinin dörd vətəndaş cəmiyyətinin fəalının azadlığa buraxılmasına dair 17 oktyabr tarixli və İnsan Haqqları üzrə Birgə İş Qrupunun fəaliyyətinin bərpasına dair 22 oktyabr tarixli qərarlarını alqışlayır".
Səfirlik bu kimi ruhlandırıcı addımların əlavə müsbət inkişafa təkan verəcəyinə ümidini ifadə edib: "Biz Azərbaycanın daha sabit, təhlükəsiz və tərəqqiyə yönəlmiş dövlət olmaq arzusunu paylaşırıq. Əminik ki, bu kimi məqsədin əldə olunmasının ən yaxşı yolu Azərbaycan vətəndaşlarının – Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərdə qeyd olunduğu kimi – bütün əsas hüquqlardan yararlanmaq təminatıdır".
Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 17-də 84 məhbusun əfv olunması haqqında sərəncam imzalayıb. Bundan sonar Azərbaycanda insan hüquqları üzrə işçi qrupunun fəaliyyəti bərpa edilib, işçi qrupunun keçirilən iclasında təşkilati məsələlər müzakirə edilib, qrupun həmsədrləri və katibləri seçilib.
Qrupun həmsədrləri Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, katibliyə isə hüquq müdafiəçiləri Səadət Bənənyarlı və Sahib Məmmədov seçiliblər.
Həmçinin qrupun adı dəyişdirilərək İnsan Hüquqları üzrə Birləşmiş Qrup adlanıb.
2005-2008-ci illərdə fəaliyyət göstərmiş, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Torbörn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 17-də 84 məhbusun əfv olunması haqqında sərəncam imzalayıb.
Xatırladaq ki, bundan əvvəl Avropa Parlamenti dövlət başçının əfv sərəncəmanı alqışlamışdı.
Daha sonra Avropa Şurasının baş katibi Torbörn Yaqland Azərbaycan hökumətinin əfv sərəncamını alqışlayıb: "Ötən həftə Azərbaycan Prezidentinin sərəncamı ilə əfv olunan 80 məhbus ilə yanaşı dörd hüquq müdafiəçisinin də azadlığa buraxılması ilk müsbət addım idi. Ümid edirəm ki, insan hüquqları üzrə işçi qrupun fəaliyyəti nəzərəçarpan nəticələrə və daha çox hüquq müdafiəçisinin azadlığa buraxılmasına gətirib çıxaracaq".
Avropa Şurasının saytının verdiyi məlumata görə, T.Yaqland həmçinin Azərbaycanda insan hüquqları üzrə işçi qrupun Bakıda keçirilən ilk iclasını ölkədə insan haqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması istiqamətində bir addım adlandırıb.
Məlumatda deyilir ki, AŞ nümayəndəsinin də iştirak etdiyi işçi qrupun məqsədi Azərbaycan hökuməti ilə vətəndaş cəmiyyəti arasında dialoqu canlandırmaqdan ibarətdir.
Qeyd edək ki, Azərbaycanda insan hüquqları üzrə işçi qrupunun fəaliyyəti bərpa edilib, işçi qrupunun keçirilən iclasında təşkilati məsələlər müzakirə edilib, qrupun həmsədrləri və katibləri seçilib.
Qrupun həmsədrləri Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, katibliyə isə hüquq müdafiəçiləri Səadət Bənənyarlı və Sahib Məmmədov seçiliblər.
Həmçinin qrupun adı dəyişdirilərək İnsan Hüquqları üzrə Birləşmiş Qrup adlanıb.
2005-2008-ci illərdə fəaliyyət göstərmiş, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Torbörn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edib.