“Lukaşenkonun hakimiyyətdə qalması Azərbaycanın maraqlarına cavab verir” Siyasət

“Lukaşenkonun hakimiyyətdə qalması Azərbaycanın maraqlarına cavab verir”

Məhəmməd Əsədullazadə: “Ermənistanın KTMT müttəfiqi olan Belarus Azərbaycanla əlaqələrə önəm verir”

“Belarusda keçirilən seçkilərin ilkin nəticələri hazırkı prezident Lukaşenkonun qalib elan edilməsi ilə nəticələndi. Müxalif namizəd Svetlana Tixanoviskaya nəticələrlə razılaşmadığını elan edir. Siyasətçi olmayan və Qərb tərəfindən heç də ciddi dəstəklənməyən Tixanoviskayanın hakimiyyəti ələ almaq şansı yoxdur”. Bunu “Xalq cəbhəsi”nə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, Qərb ölkələrinin bəzilərinin A.Lukaşenkonun qələbəsini tanımasada bu həll edici olmayacaq: “Amma bundan sonra, siyasiləşmiş Belarus cəmiyyəti Lukaşenko üçün bir baş ağrısı olacaq və onun əvvəlki kimi sərt siyasət aparmasına imkan verməyəcək.
Qeyd edim ki, bu seçkilərdən sonra Belarusda yeni siyasi mərhələ başlayır və bu prezident üçün çox çətin bir dönəm olacaq. Daxildə siyasi situasiyanın gərgin bolacağı qaçılmazdır.
Lukaşenko hakimiyyətdə qala bilərsə, xarici siyasətdə Rusiya ilə əlaqələrində soyuqluq, əvəzinə Qərblə əlaqələrin yumşalmasına çalışacaq. ABŞ-da Lukaşenkonun Rusiya siyasətinə diqqət edəcək. Əgər, Minsk Moskva ilə məsafəli davranacaqsa, Vaşinqton A.Lukaşenkoya dəstək verəcək. Belarusda siyasi vəziyyətin mürəkkəbləşməsi qaçılmazdı və bu uzaq perspektivdə gözlənilmir.
Azərbaycan baxımından Belarusda Lukaşenkonun hakimiyyətdə qalması, Azərbaycanın maraqlarına cavab verir. Ermənistanın KTMT müttəfiqi olan Belarus Azərbaycanla əlaqələrə önəm verir.
Əgər, Belarusda müxalifət meydanalara böyük insan kütləsi çıxara bilərə, bu ölkədə inqilaba gətirə bilər. İnqilabın baş verməsi, ölkə üçün ağır nəticələrə gətirib çıxara bilər. Bundan istifadə edən Rusiya Belarusa qoşun yeridə bilər. Ona görə də Qərbdə Belarusda siyasi vəziyyətin böhrana uğramasında maraqlı deyil”.