Hikmət Hacıyevin Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası ilə bağlı şərhləri Bolqarıstan mətbuatında çap olunub Siyasət

Hikmət Hacıyevin Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası ilə bağlı şərhləri Bolqarıstan mətbuatında çap olunub

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası ilə bağlı şərhləri Bolqarıstan mətbuatında çap olunub.

Azərbaycanın Bolqarıstandakı Səfirliyindən veilən məlumata görə, 19 avqust 2020-ci il tarixində Bolqarıstanın aparıcı mətbuat orqanlarından biri olan “Cross” xəbər agentliyinin internet səhifəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası ilə bağlı şərhləri əsasında məqalə dərc olunmuşdur.

Bolqar dilində dərc olunmuş məqalədə oxuculara H.Hacıyevin Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonunu işğal etməsi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinə baxmayaraq, Ermənistan hələ də öz ordusunu işğal etdiyi ərazilərdən geri çəkməməsi, Ermənistanın işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyəti, o cümlədən qeyri-qanuni məskunlaşma siyasəti, 2016-cı ilin Aprel döyüşləri, Ermənistanın işğal faktını öz müqəddəratını təyinetmə prinsipi ilə ört-basdır etməyə çalışması ilə bağlı fikirləri yer almış və ATƏT-in Minsk qrupu həmsədrlərinin və beynəlxalq ictimaiyyətin bu sənədə sərt reaksiya verməsi ilə bağlı çağırış əks olunmuşdur.

Məqalənin tam mətni ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

https://www.cross.bg/armeniya-azerbaiidzhan-okypiranite-1640451.html#.Xz06KsAzaUl