 
                
                
                
             
                
                
                
             
                
                30 Oktyabr 18:52
 
                
                30 Oktyabr 17:33
İran “Telegram”ın fəaliyyətinin bərpası üçün danışıqlara başlayıb
Gürcüstanda keçmiş nazirin evində axtarış aparılıb, müavini saxlanılıb
Zelenski Ukraynada hərbi vəziyyəti fevralın 3-nə qədər uzadıb
“Bu hadisə Azərbaycanın əleyhinə yönəlmiş təxribat xarakteri daşıyır”
Arvadına zor tətbiq edilməsi ilə bağlı saxlanılan şəxs barəsində qərar verilib
 10 Sentyabr  2020 14:38
10 Sentyabr  2020 14:38 2 758
2 758
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya ilə telefon əlaqəsi saxlayıb.
İdarədən verilən məlumata görə, səmimi qardaşlıq şəraitində baş tutan telefon söhbəti zamanı xalqlarımız arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin səviyyəsindən razılıq ifadə olunmuş, son zamanlar, xüsusən, pandemiya səbəbindən gediş-gəliş imkanları məhdudlaşsa da, mənəvi əlaqələrə bunun heç bir xələl gətirmək iqtidarında olmadığı vurğulanmışdır.
Patriarx II İliya həzrətlərinin səhhəti ilə maraqlanan, onun üçün dualar etdiyini bildirən Şeyxülislam A.Paşazadə II İliyanın Qafqazın ağsaqqal, müdrik dini lideri olduğunu və onunla hər bir görüş, ünsiyyət imkanından şad olduğunu xüsusi vurğuladı. Uca Yaradanın köməyi ilə sağlamlığının qənaətbəxş olduğunu bildirən Patriarx II İliya QMİ sədrinə xeyir-dualarını bildirmiş, xalqlarımız, dövlətlərimiz, bölgəmiz naminə hər zaman birgə səylərini davam etdirəcəklərinə ümidvar olduğunu ifadə etmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevə, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin ehtiram və xoş arzularını çatdırmağı QMİ sədrindən xahiş edən Patriarx II İliya Azərbaycan və gürcü xalqları arasında tarixi qardaşlıq və möhkəm təməlləri olan dostluq münasibətlərinin bundan sonra da davam və inkişaf etməsi üçün səy və dualarını əsirgəməyəcəyini dilə gətirdi. Gürcü Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin timsalında dinlərarası dialoq və bölgədə sülh və tərəqqi naminə əməkdaşlığın bütün dünya üçün örnək nümunə olduğu qürurla vurğulandı. Dini liderlər postpandemiya dövrü üçün dinlərarası əməkdaşlıq müstəvisində əməkdaşlığa dair yeni perspektivləri, birgə layihələri müzakirə etdilər.
 30 Oktyabr 18:54
30 Oktyabr 18:54 1 134
1 134 30 Oktyabr 18:42
30 Oktyabr 18:42 1 526
1 526 30 Oktyabr 17:24
30 Oktyabr 17:24 1 316
1 316 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .webp) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .webp) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    jpeg-1760094789.jpg) 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
        
         
                     
                    