Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
16 Sentyabr 2020 18:33
2 499
Azərbaycan heç zaman imkan verməyəcək ki, bir qarış da torpağımız erməni işğalı altında qalsın.
Bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.
X.Xələfov bildirib ki, biz heç zaman Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaranmasına imkan verməyəcəyik. Bu, Ermənistanın xülyasıdır və yaxın zamanlarda iflasa uğrayacaq.
Nazir müavini qeyd edib ki, Azərbaycan daim inkişaf edir, ordusu güclənir: “Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daim inkişaf edir və güclənir”.
Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Misirə səfəri zamanı səsləndirdiyi sərsəm fikirlərə münasibət bildirən nazir müavini bunun təxribat olduğunu vurğulayıb.
X.Xələfov əlavə edib ki, bu cür çıxışlar Ermənistanın bütün bölgəyə və xüsusilə də Türkiyəyə qarşı təcavüzkar siyasətinin məntiqi davamıdır: “Ermənistan hər fürsətdə Azərbaycan və Türkiyəyə qarşı qarayaxmalar edir. Nazir Mnatsakanyanın Misirdəki çıxışı da növbəti qarayaxmadır. Ermənistan bu cür addımlarla özünün təcavüzkar siyasətini ört-basdır etmək niyyəti güdür".
25 Oktyabr 22:16
1 302
25 Oktyabr 15:27
1 372
25 Oktyabr 10:20
1 477