İran XİN: Əli Xameneyi ilə vida mərasimində 100 ölkənin nümayəndəsi iştirak edəcək
İran hərbi rəhbərliyi Xameneyi ilə vida günlərində ABŞ və İsrailə xəbərdarlıq edib
DİM-dən xəbərdarlıq: Bir nəfər başqasının yerinə qabiliyyət imtahanına daxil olmağa cəhd edib
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti görüşüb
22 Oktyabr 2020 09:32
2 009
Özbəkistanın “interpress.uz”, “islamonline.uz”, “fikr.uz” və “tarjumon.uz” portalları Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı özbək və rus dillərində məqalələr yayıb.
AZƏRTAC xəbər verir ki, “interpress.uz”, “islamonline.uz” portalları NATO Parlament Assambleyasının Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vebinarının keçirilməsi haqqında məlumat yayıb. Yazılarda bildirilir ki, vebinarda Latviyanın NATO-dakı nümayəndələrinin rəhbəri Aleksandrs Kirşteyns çıxışında deyib: “Mən Azərbaycanın bu sammitdə iştirak edən nümayəndəsinin mövqeyini dəstəkləyirəm. O, açıq-aydın dedi ki, nə qədər ki, Ermənistanın təcavüzkar silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxmayıb, münaqişə həll olunmayacaq. Dağlıq Qarabağ beynəlxalq aləmdə Azərbaycan ərazisi kimi tanınıb. Ermənistan silahlı qüvvələri oradan rədd olmalıdırlar”.
A.Kirşteyns çıxışında Ermənistanın Gəncəni raket atəşinə tutması haqqında da məlumat verib, şəhərdə çoxlu dağıntıların, ölənlərin və yaralananların olduğunu deyib.
“fikr.uz” və “tarjumon.uz” portalları bildirir ki, BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul edib. Otuz il ərzində Təhlükəsizlik Şurasının etmədiyi işi bu gün Azərbaycan Ordusu edir, işğal altında olan torpaqlar azad olunur. Artıq Cəbrayıl, Füzuli və Zəngilan şəhərlərində, həmçinin 90-dan çox kənddə Azərbaycan bayrağı dalğalanır.