Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
18 Dekabr 2020 18:49
3 199
Azərbaycan Ordusu tərəfindən məhv edilmiş hərbi texnika barədə informasiya əlçatandır. Kimlərə maraqlıdırsa, bunu açıq mənbələrdən əldə edə bilərlər. Hərbi xarakterli provokasiyaya gəldikdə, bu il ərzində, ilk növbədə, iyul ayında Dağlıq Qarabağda münaqişə zonasında deyil, dövlət sərhədində törədilmiş təxribatdır.
Bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı danışıb.
Dövlətimizin başçısı Ermənistan qoşunlarını Tovuz rayonunda Azərbaycan Ordusunun mövqelərinə hücumunu xatırladaraq deyib: “Bu, tamamilə əsassız təxribat idi. Ermənistan rəhbərliyinin yeni ərazilər ələ keçirilməsinə dair qondarma hərbi konsepsiyası çərçivəsində bizim postları və yeni əraziləri tutmaq cəhdi idi. Biz dinc əhali və hərbi qulluqçular arasında itkiyə məruz qaldıq. Biz Ermənistan qoşunlarının layiqli cavabını verdik, onları ilkin mövqelərinə qaytardıq. Erməni tərəfin bu insidenti əsaslandırması sadəcə gülünc idi. Bəlkə çoxları unudub, sadəcə xatırladıram ki, guya Azərbaycanın üç hərbi qulluqçusu “UAZ” avtomobilində ermənilərin postlarına hücum edib. Ümumiyyətlə, hərbi quruculuqla bağlı məsələlərdən uzaq olan insanlara da aydındır ki, müharibəni bu şəkildə - “UAZ” avtomobilində başlamırlar”.
Azərbaycan Prezidenti qeyd edib ki, bizim Ermənistan dövlətinin ərazisinə girmək barədə heç bir planımız olmayıb və yoxdur. Əgər belə planlar olsaydı, onda Tovuz istiqamətində bunu etmək çox asan idi, çünki bunun üçün imkan vardı. Beləliklə, biz cavab verməkdən uzağa getməyib dayandıq.
“Sonra sentyabr təxribatı oldu. O vaxt çoxsaylı erməni hərbi qulluqçulardan ibarət təxribat qrupu qoşunların təmas xətti zonasında Goranboy rayonuna girməyə cəhd etdi. Qrupun başçısı saxlanıldı, onun verdiyi ifadələr göstərir ki, bu, Azərbaycan ərazilərinin dərinliyində terror aktı törədilməsinə yönəlmiş və qəsdən təşkil olunmuş təxribat idi”, - deyə dövlətimizin başçısı bildirib.
26 Sentyabr 16:03
1 330
26 Sentyabr 14:31
784
26 Sentyabr 14:27
868