Partiyalardan AXCP-yə sərt cavab Siyasət

Partiyalardan AXCP-yə sərt cavab

Sərdar Cəlaloğlu: "AXCP-nin fəaliyyətinin 90 faizi xəyanət və satqınçılıq olub"

Fərəc Quliyev: "Bunların kim və nə olduqları hər kəsə bəllidir"

Xəzər Teyyublu: "Bu olduqca gülünc, absurd səslənir"

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının müxalifət partiyalarını təmsil olunduğu siyasi təşkilatla əməkdaşlığa səsləməsi qarşı tərəflərdən birmənalı olaraq qəbul edilməyib. Belə ki, Qəhrəmanlının digər iddiası da müxalifət partiya sədrlərini hiddətləndirib.
Milli Dirçəliş Partiyasının sədri, millət vəkili Fərəc Quliyev "mən bunlara əhəmiyyət vermirəm,- deyə bildirib: " Ona görə də, AXCP rəhbərliyindən kiminsə öz partiyalarına nə ad verməsinə şərh vermək istəmirəm. Bunların kim və nə olduqları hər kəsə bəllidir. Ona görə də AXCP tərəfindən verilən hər hansı bir fikirə ciddi yanaşmıram".
KXCP sədrinin müavini Xəzər Teyyublu deyib ki, bu olduqca gülünc, absurd səslənir: "Sivil demokratik cəmiyyətdə yaşayırıqsa, o zaman ölkəmizdə fəaliyyət göstərən bütün siyasi partiyalarla əməkdaşlıq etməyi vacib hesab edirəm. Milli maraqlar, demokratiya naminə hər bir siyasi təşkilatla əməkdaşlıq qurmağa hazırıq. Lakin hər şey sivil qaydalarda olmalıdır. Əgər Azərbaycanda bu gün müxalifət möhürünü AXCP vurursa belə çıxır ki, digərləri müxalifət deyil? Bu olduqca gülünc, olduqca absurd səslənir. Bu cür yanaşma Azərbaycan siyasi arenasında qüsurlu bir baxışdır. Təəssüf ki, AXCP mövcud müxalif partiyalar haqqında bu cür fikir irəli sürür".
Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib ki, AXCP cəmiyyətdə özünü hamıdan fərqli göstərmək istəsə də, bu alınmır: "Özünü ana müxalifət, əsas müxalif partiya kimi ictimai rəyə təqdim etmək istəyən bu partiyanın heç bir sosial bazası yoxdur. O baxımdan götürsək, bunlar ancaq xaricdən gələn maliyyə yardımlarının hesabına nəyəsə nail olmaq istəyirlər. Məhz ona görə də AXCP funksionerləri özlərinə bu və ya digər adlar qoyurlar. Müxalifətdə kimin güclü kimin zəif olması fikirləri isə müxalifəti parçalayaraq, onun gücünü zəiflədir. Onların məsələlərə bu cür yanaşması AXCP-nın mahiyyətindən irəli gəlir".
ASDP sədri Araz Əlizadə "bunlar bilirsinizmi nəyə bənzəyirlər?",-deyə bildirib: "Məsələn, bəzi çirkin cinayətkarlar və qeybətçilər kimi, qızın başına oyun açıb, sonra da onun barəsində müxtəlif bədnam fikirlər yayırlar. Bu baxımdan, hesab edirəm ki, AXCP rəsmiləri özlərini pozğun qadınlara, cinayətkarlara, qadın alverçisinə çevirdilər. İndi də istəyir ki, bakirə kimi özlərini cəmiyyətə sırısınlar, amma alınmır. Bu, baş tutan məsələ deyil. Özləri öz istəklərini icra etsin vəssalam. Bizim işlərimizə müdaxilə etməsinlər".
ADP sədri Sərdar Cəlaloğlu isə vurğulayıb ki, AXCP-nin fəaliyyətinin 90 faizi xəyanət və satqınçılıq olub: "AXCP gərək birinci özünün qüsursuz müxalifət partiyası olduğunu cəmiyyətə sübut edə. Amma bu, mümkün deyil. Çünki AXCP rəhbərliyinin keçdiyi siyasi yolun 90 faizi xəyanət, satqınçılıq yolu olub. Əli Kərimli Elçibəyin müavini olduğu halda, onun yerinə göz dikib, xəyanət edib. Vaxtilə bir çox müxalifət partiyaları AXCP ilə əməkdaşlıq ediblər. Hətta birgə bloklarda da fəaliyyət göstəriblər. Ancaq nəticədə xəyanət görüblər. Şəxsən mənə qarşı da Əli Kərimli kifayət qədər xəyanətlər törədib. Bu baxımdan, bunların belə çağırışlar etməsinə ciddi yanaşmıram. Getsinlər özləri ilə məşğul olsunlar. Biz isə öz işimizi yaxşı bilirik".

Əli