Makron: Fransa Qrenlandiyaya quru, hava və dəniz qüvvələri göndərəcək
COVID-19-la mübarizə aparan həkimlərin maaşına əlavələrin verilmə müddəti uzadılıb
Azərbaycan və Ermənistan nümayəndələri Sədərək-Yerasx dəmir yolu sahəsinə birgə baxış keçirib
Füzulidə 49 yaşlı kişi və 28 yaşlı qardaşı oğlu avtomobildə dəm qazından boğularaq ölüb
8 Aprel 2021 09:33
2 898
Bu gün Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin birgə illik planına əsasən, hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə əməliyyat-taktiki təlimləri başlayır.
Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkədə təşkil olunacaq təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçiriləcək.
Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.
Təlimlər aprelin 9-na kimi davam edəcək.