“Ermənistan hakimiyyəti parçalanır” Siyasət

“Ermənistan hakimiyyəti parçalanır”

Arzu Nağıyev: "Bu gün düşmən tərəfdə "Qarabağlı" və "Qeyri Qarabağlı" məfhumu aktuallaşıb"

"Ermənistanda fəaliyyət göstərən "Rejimsiz 100 il" hərəkatının yürüşünü dağıdan Sarkisyan rejimi artıq cəmiyyəti iki yerə parçaladı".
Bu fikirləri salamNews-a siyasi ekspert Arzu Nağıyev qarabağlıların Sarkisyan hakimiyyətinə qarşı aksiyasına münasibət bildirərkən səsləndirib.
O bildirib ki, "Rejimsiz 100 il" hərəkatı Dağlıq Qarabağ ərazisində yürüş keçirmək istəyib, lakin separatçı rejimin "nümayəndələri" 43 avtomobildən ibarət maşın karvanının qarşısını alıb: "Aksiya iştirakçılarına fiziki güc tətbiq etməklə, avtomobilləri sındırmaqla, ordudan və polis qüvvələrindən istifadə etməklə onları geri qaytardılar. Məhz buna görə də bu gün "Qarabağlı" və "Qeyri Qarabağlı" məfhumu aktuallaşıb".
Arzu Nağıyev deyib ki, Ermənistan iqtidarı tərəfindən bu hərəkata qarşı birinci hal deyil: "Onları sakitcə döyürdülər, şantaj edirdilər. Belə bir şəkildə aksiyanı dağıtmaq isə birinci dəfə idi. Yəni Ermənistan hakimiyyəti həqiqətən parçalanır".