“Xalq bilir ki, o, hansı yuvanın quşudur” Siyasət

“Xalq bilir ki, o, hansı yuvanın quşudur”

Siyavuş Novruzov: "AXCP-dən istefa verən şəxslər də bildiriblər ki? Əli Kərimli başqa dövlətlərin, xüsusilə erməni lobbisinin maraqlarını həyata keçirməklə məşğuldur"

Aydın Mirzəzadə: "Əli Kərimlinin məlum müsahibəsi çox zəif siyasi təhlil olmaqla yanaşı, eyni zamanda iqtisadiyyatdan da məlumatsız olduğunu göstərdi"

Əli Kərimlinin son müsahibəsi birmənalı qarşılanmayıb. Siyasilər müsahibədə səsələnən fikirlərə sərt reaksiya veriblər.
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib kİ, Əli Kərimlinin fikirləri erməni lobbisinin, Azərbaycanı istəməyən dövlətlərin, ölkəmizə qarşı təzyiq göstərməyə çalışan beynəlxalq qurumların fikirləri üst üstə düşür: "Yəni, bunlar eyni mənbədən istiqamətləndirilir". Siyavuş Novruzov AXCP sədrinin hakimiyyətlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərək deyilənlərin əsassız olduğunu bildirib: "AXCP-dən istefa verən şəxslər də bildiriblər ki, Əli Kərimli Azərbaycan xalqının maraqlarının deyil, başqa-başqa dövlətlərin, qurumların, xüsusilə erməni lobbisinin maraqlarını həyata keçirməklə məşğuldur. O baxımdan, ölkədə görülən işlərə kölgə salmaq, mənfi fikir söyləmək, çox primitiv şəkildə, saxta rəqəmlərlə insanları çaşdırmaq bilavasitə həmin təxribatçı qrupların planının tərkib hissəsidir. Bu plana uyğun olaraq da, Əli Kərimli öz şəbəkələrinə aid mətbuat orqanında guya ölkəmizin sosial-iqtisadi vəziyyətinə dair müsahibə verib. Əslində, ilk baxışdan belə görünür ki, kimlər tərəfindənsə hazırlanaraq onun adı ilə verilib. Yəqin, bu da yuxarıda adlarını çəkdiyim dairələrin işidir. Təsəvvür edin, bütün dünya ölkələri maliyyə-iqtisadi böhranı etiraf edir, onun zərərlərindən danışır, amma Əli Kərimli sübut etməyə çalışır ki, dünyada iqtisadi böhran yoxdur. Hazırda bütün Şərqi Avropa, eləcə də Avropanın digər hissəsinə aid olan ölkələr böhran içərisindədir. Elə təkcə Yunanıstanı götürək ki, hansı vəziyyətdədir. Ən qədim Avropa dövlətlərindən biridir. Bu dövlətin iqtisadi böhran məngənəsində necə sıxıldığını az qala bütün dünyanın vətəndaşları bilir. Bəs Əli Kərimli kimilər bunu görmür?"-deyə deputat qeyd edib.
YAP rəsmisi hesab edir ki, Əli Kərimli çıxışları ilə ictimaiyyəti çaşdırmağa çalışır: "Əli Kərimli xeyli vaxtdır, Biləcəridən o tərəfə keçməyib, amma özünü elə aparır ki, guya hər şeydən xəbəri var. Mən Şərqi Avropanı qarış-qarış gəzmişəm. Buranın möhtəşəm paytaxtları bu gün Azərbaycanın bir regionunun mərkəzindən qat-qat aşağı səviyyədədir. O cümlədən, Baltikyanı ölkələrdə də belədir. Bu gün Azərbaycan həmin ölkələrə kredit verir, sərmayə yatırır, böyük layihələr həyata keçirir. Bunlardan danışmaq lazımdır. AXCP sədri bu faktları ya bilmir, ya da bilərəkdən qulluq etdiyi dairələrin tapşırığı ilə insanları aldatmaqla məşğul olur.
AXCP sədri bacarırsa, ölkəmizdəki sabitlik şəraitində hansısa proqramla çıxış etsin, amma bunu bacarmır. Xalq bilir ki, o, hansı yuvanın quşudur. Ona görə də, heç bir etimad göstərmir. Bu səbəbdəndir ki, bütün seçkilərdə biabırçı şəkildə uduzur. Özü də partiyanı tamam dağıdıb. Əli Kərimlinin partiyası bələdiyyə seçkilərində iştirak etmək iqtidarında olmadı. Bu vəziyyətdə olan adam durub Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatına dair fikir söyləmək istəyir. Amma çox primitiv şəkildə yanaşma tərzi ortya qoyur ki, bu da insanları çaşdırmaq məqsədi güdür".
YAP İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə Əli Kərimlinin sözügedən müsahibəsindən sonra hakimiyyət tərəfindən "təxribatla" üzləşəcəyi barədə daha bir iddia ilə çıxış etməsinə münasibətini bildirərkən "AXCP sədri Əli Kərimlinin məlum müsahibəsi çox zəif siyasi təhlil olmaqla yanaşı, eyni zamanda iqtisadiyyatdan da məlumatsız olduğunu göstərdi",-deyə bildirib. YAP rəsmisi qeyd edib ki, Azərbaycanda ÜDM-in ildən-ilə artdığı, əhalinin sosial müdafiəsinin gücləndiyi, infilyasiyanın çox kiçik olduğu halda, bütün məsələlərə qara eynəklə baxmaq bu adam üçün adi hala çevrilib: "Vətənpərvərlik hissi yad olan, reallıqdan uzaq insanlar üçün mövcud vəziyyəti pis formada təsəvvür etmək bunların gündəlik həyat tərzinə çevrilib. Ölkəmizin iqtisadi modeli, siyasi stabitlik yaratmaq sahəsindəki uğurları başqa dövlətlərə nümunə olduğu halda radikal müxalifət Azərbaycanda vəziyyətin gərginləşməsini arzulayır və bu istiqamətdə daim işlər aparır. Əli Kərimli çox arzu edərdi ki, vəziyyət məhz onun təsvir etdiyi kimi olsun. Şübhəsiz ki, bu insan xarici havadarları ilə görüşdüyü zamanlar, və yaxud da hansısa müsahibəsində Azərbaycanı məhz belə təqdim edir".
Aydın Mirzəzadə həmçinin, ölkədə aparılan uğurlu islahatları Əli Kərimlinin öz həyatında, öz üzərində hiss etməyə çağırıb: "Ölkə Prezidentinin ölkəmizin bütün sahələrində həyata keçirdiyi uğurları ən azından Əli Kərimli bir vətəndaş kimi gündəlik həyatında görməyi bacarmalıdır. Şəhər və kəndlərdə infrastruktur layihələrinin həyata keçirilməsi, əhali üçün yeni iş yerlərinin açılması, stabillik, vətəndaşların təhlükəsizliyinin qorunması, maaşların, müavinətlərin, pensiyaların mütəmadi artırılması məgər uğurlarımızın göstəricisi deyilmi? Belə olan halda, bu insanın və onun ətrafında olan mətbu orqanların Azərbaycan haqqında mənfi rəy söyləməsi ya özünü daxilən sakitləşdirmək cəhdidir, ya da xaricdən maliyyələşdiyi mərkəzlər qarşısında verdiyi növbəti hesabatlardır".
YAP rəsmisi AXCP sədrinin özünə qarşı "təxribat" törədiləcəyi barədə iddialarının həqiqətə uyğun fikir olmadığını deyib: "Ona qarşı hər hansı bir təzyiq ola bilməz. Çünki Azərbaycanda fərqli fikrin söylənilməsinə görə hər hansı bir təzyiq elementi yoxdur. Sözügedən müsahibə bir daha göstərir ki, radikal müxalifət ölkəmizdə inkişafı, yeniləşməni qəbul etmir. Bu adamlar hələ də Azərbaycanı yenidən özlərinin hakimiyyətdə olduğu illərə aparmaq xəyalı ilə yaşayırlar. Cəmiyyətin mütləq əksəriyyətinin ölkə başçısının siyasətinə dəstək verdiyi üçün onların arzuları heç vaxt reallaşmayacaq".

Əli