Ermənilər Sarkisyanın cinayətkar kimi tanınmasına səs verir Siyasət

Ermənilər Sarkisyanın cinayətkar kimi tanınmasına səs verir

Serj Sarkisyana qarşı petisiyaya 20 minə yaxın səs toplanıb.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından (ATGTİ) Gün.Az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan İşçi Qrupun Ermənistanın prezidenti Serj Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün başladığı petisiya 1 həftə ərzində 20 mindən çox səs toplayıb.
Səs verənlər arasında hətta ermənilər və erməni KİV-ləri də var. Təşkilatdan bildirilib ki, hədəf isə 100 min səsdir: "Artıq adıçəkilən petisiya ölkə cəmiyyətində geniş yayılıb və bu həftədən ali təhsil müəssisələri də aktiv şəkildə petisiyaya qoşulurlar. Bundan əlavə "Xaricdə Təhsil" Dövlət Proqramı çərçivəsində müxtəlif ölkələrdə (Türkiyə, İngiltərə, Ukrayna, Belçika, Rusiya, Nederland və s.) təhsil alan həmyerlilərimiz də bu petisiyanı dəstəkləyir və gündəmdə saxlayırlar.
Azərbaycan Milli Məclisinin (MM) üzvləri, millət vəkillər Qənirə Paşayeva, Adil Əliyev və başqaları da petisiyanı dəstəkləyiblər. Eyni zamanda qardaş Türkiyədən Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, millət vəkili Sinan Oğan Türkiyə gəncliyinə və tərəfdaşlarına səslənərək, petisiyanı dəstəkləyib", - deyə ATGTİ-dən məlumat verilib.
Qeyd edək ki, ölkəmizin məşhur mədəniyyət xadimləri də imzatoplama aksiyasına öz töhfələrini verirlər.
Müxtəlif sosial şəbəkələr üzrə (facebook, twitter, google+, instagram) geniş yayılan petisiya artıq erməni tərəfini çox narahat edir və qarşı tərəfin bəzi KİV-ləri ölkəmizin bu təşəbbüsünü şərh ediblər.
Xatırladırıq ki, İşçi Qrup 100 min səs toplandıqdan sonra petisiyanı BMT Təhlükəsizlik Şurasına ünvanlayacaq.
Petisiyanı dəstəkləmək istəyənlər aşağıda verilmiş keçiddən istifadə edə bilərlər: