Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
Polşanın BMT-dəki daimi nümayəndəsi: Bakıdakı müzakirələr son dərəcə vacibdir
Milli Hidrometeorologiya Xidməti: Bakıda yağıntının miqdarı aylıq normanın 203-279%-ni təşkil edir
Guy Ryder: Qarşıdakı 10 il Yeni Şəhər Gündəliyinin icrası baxımından həlledici olacaq
Anaklaudia Rosbax: WUF13-də mənzil mövzusuna diqqətin yönəldilməsi çox vacibdir
“CDS Defence” Azərbaycanda tam səlahiyyətli təmsilçilik şəbəkəsini qurub
27 May 2021 13:34
3 185
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının və Yuta–Azərbaycan İcmasının üzvü Kamran Qarayevin təşəbbüsü və təşkilatçılığı ilə ABŞ-ın 3 şəhərində 28 May – Respublika Gününün 103-cü ildönümünə həsr edilmiş məlumatlandırıcı aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiya zamanı xalqımızın tarixində önəmli yer tutan bu hadisə barədə məlumatları əks etdirən Led ekranlı yük maşınlarının hərəkəti Nyu York ştatının Manhettan şəhərində, Kaliforniya ştatının Los-Anceles şəhərində və Corciya ştatının Atlanta şəhərində təmin edilib. Led ekranlarda "28 may – Azərbaycanın Respublika Günü" və "Şərqdə ilk demokratik respublika" sözləri yazılıb, Heydər Əliyev Mərkəzinin Azərbaycan və Türkiyənin dövlət bayraqları ilə işıqlandırılması, Azərbaycanın işğaldan azad olunmuş Şuşa, Zəngilan, Cəbrayıl, Ağdam şəhərlərindəki tarixi memarlıq və dini abidələrin, Xudafərin körpüsünün, hər güşəsində üçrəngli bayrağımızın dalğalandığı məmləkətimizin gözəl təbiətinin təsvirləri əks olunub.
Nyu Yorkdakı hərəkət marşrutuna Brodvey, Uoll Strit, Vaşinqton Meydan Parkı, 5-ci Avenyu, Çambers Strit, Mərkəzi Park, BMT-nin inzibati binası və digər məşhur mərkəzi kuçələr daxil edilib. Los-Anceles şəhərində Rodeo Drayv, Sanset Bulvarı, Mulholland Drayv, Hollivud Bulvarı, Melrouz Prospekti, Atlanta şəhərində Yüzilliyin Oıimpiya Parkı, Piyemont-park, Vətəndaş və İnsan Haqları Mərkəzi, Ponse-Siti Marketi, Vest Piçtri Stri
16 May 14:33
1 736
16 May 10:37
1 540
16 May 10:33
1 603








