“Ermənistanın konstruktivliyi müsbətə doğru zərrə qədər də dəyişməyib” Siyasət

“Ermənistanın konstruktivliyi müsbətə doğru zərrə qədər də dəyişməyib”

Qabil Hüseynli: "Ola bilsin ki, daha da sərtləşib"

İrəvanda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşən Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan rəsmi Bakının böyük sülh sazişi üzərində işləmək təklifinə toxunaraq qeyd edib ki, Azərbaycan əslində nizamlamanın əsas prinsipləri üzərindən danışıqların nəticələrinə mane olmaq istəyir: "Əgər əsas prinsiplərə uyğun razılıq əldə olunarsa və Dağlıq Qarabağ bizimlə razılaşarsa, onda Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ sülh sazişi üzərində işə başlaya bilər".
Seperatçı rejimin danışıqlar prosesinə tərəf kimi cəlb edilməsi məsələsinə münasibət bilsdirən politoloq Qabil Hüseynli qeyd edib ki, rəsmi Bakı böyük sülh sazişi deyəndə qabaqcadan heç bir şərtin irəli sürülməməsini nəzərdə tutub: "Çünki indiyə qədər danışıqlar prosesinin pozulmasının səbəbi Ermənistanın Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi tələbini irəli sürməsi və bundan sonra danışıqlara başlanmasını istəməsi olub. Yenə də həmin proseslər təkrar olunur. Ermənistan əvvəllər nəyi tələb edirdisə, indi də onun üzərində dayanıb". Politoloq qeyd edib ki, Ermənistanın konstruktivliyi müsbətə doğru zərrə qədər də dəyişməyib, ola bilsin ki, daha da sərtləşib: "Ona görə də Nalbandyanın, həmsədrlərin söylədikləri nağıldan başqa bir şey deyil".

Əli