Razi Nurullayevdən şok iddia Siyasət

Razi Nurullayevdən şok iddia

"ABŞ və Böyük Britaniya səfriliyi siyasətçiləri dinləyib, Əli Kərimliyə məlumat verirlər"

" Necə ola bilər ki, həmin səfirliklər mənimlə bağlı Əli Kərimliyə məlumat ötürür?"

"Mən siyasətdən getmirəm və Azərbaycanda yeni siyasi yöntəmin yaradılmasına çalışacağam. Yeni siyasi təşkilat yaradacağam. Bunun hansı formada olmasını yaxın zamanlarda açıqlayacağam". Bunu bir müddət əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri müavini postundan, daha sonra isə partiya sıralarından istefa verən Razi Nurullayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Sözlərinə "Axırıncı aşırım" filmindən Kərbəlayinin "mənə dəyən sənə dəysəydi, gündə 3 dəfə silah götürərdin" sitatı ilə başlayan Razi Nurullayev deyib ki, onun üçün ömrümün müəyyən hissəsini sərf etdiyi partiya və onun sədri haqqında danışmaq çətindir: "Partiyanı yeniləmək lazımdır, amma bu, o deməkdir ki, yalnız sədr Əli Kərimliyə xidmət edən gəncləri irəli çəkək. Bu, partiyada hələ də qınaq və dartışma mövzusu olaraq qalır. Pariyada çox insan aşağılanıb".
O, bildirib ki, partiyada bəzən 4-5 saat davam edən iclasın çox hissəsi Facebook səhifəsində sədrin statuslarının layklarının sayılmasına gedirdi: "Bu qədər xırdalıqlara getmək düzgün ola bilməz. Laykları saymaq düzgün siyasət ola bilməz. Mən bu xırdalıqların hər zaman əleyhinə olmuşam".
R.Nurullayevin sözlərinə görə, Facebook-da partiya üzvlərinə yüzlərlə saxta profil yaratmaq tapşırılıb: "Bəzilərinin 100-110 saxta profili var idi. Facebook-da şərtlər sərtkləşdirildikdən sonra onların yarısı
bağlandı. Amma indi də partiyanın idarə heyətində təmsil olunan şəxslərin 30-40 saxta profili var".
Pazi Nurullayev bildirib ki, hər dəfə bütün cəbhəçilərdən "Azadlıq" qəzetinə abunə olmaları tələb edilib: "Bu günədək rayon şöbələrinin rəhbərlərinin heç biri "Azadlıq" qəzetində işıqlandırılmayıb. Qəzet bir nəfərin marağına xidmət edə bilməz".
O, həmçinin partiya sədri Əli Kərimlinin partiyanın digər üzvlərinə qarşı şantajdan istifadə etdiyini bəyan edib: "Partiya üzvlərinə qarşı şantaj yolunun seçilməsi doğru deyil. Əgər bir sədr ki, özü şantaja məruz qalıbsa və buna baxmayaraq, özü də digərlərinə qarşı şantajdan istifadə etməsi qətiyyən düzgün deyil".
Onun sözlərinə görə, artıq köhnə "cəbhəçi"lər partiyada nə baş verdiyini anlamağa başlayıb və artıq onlar sədr Əli Kərimliyə tabe olmaq istəmirlər: "Əli Kərimli məni evinə dəvət etdi. Orada ağır söhbətimiz oldu. Mən aldığım məlumatlardan şok yaşadım. Mənə dedi ki, "dəqiq məlumat var ki, sən hakimiyyətə işləyirsən, onlar səni maliyyələşdirir, sənin orada dostların var. Məndə olan məlumat o qədər böyük faktdır ki, bunu danmaq mümkün deyil. Mən qərar verdim ki, sən satılmısan. ABŞ və Böyük Britaniya səfirliyi bunu mənə neçə vaxtdır deyirdilər ki, sən dövlətə satılmısan". Belə çıxır ki, ABŞ və Böyük Britaniya səfriliyi siyasətçiləri dinləmə aparatları quraşdırıb və onlar hər bir siyasətçini dinləyirlər. Belə çıxdı ki, həmin səfirliklər siyasətçiləri dinləyib, Əli Kərimliyə məlumat verirlər. Mən buradan ABŞ və Böyük Britaniya səfirliyinə müraciət edirəm. Bununla bağlı həmin səfirliklərə məktub göndərəcəyəm. Necə ola bilər ki, həmin səfirliklər mənimlə bağlı Əli Kərimliyə məlumat ötürür? Mənim ABŞ və Böyük Britaniya səfirlikləri ilə gözəl münasibətlərim olub, indi də var. Onlarla əməkdaşlığımı bundan sonra da davam etdirəcəyəm, amma bu məsələyə aydınlıq gətirilməldiir".
Razi Nurullayev AXCP sədri ilə danışıqlarını daha sonra belə nəql etdi: "Əli Kərimli mənə bildirdi ki, sən gedən yolu mən artıq qayıtmışam. Mənim heç bir getiyim yol yoxdur. Ümumiyyətlə, satqınlıq məfhumunu qəbul etmirəm. Əli Kərimli mənə dedi ki, onun hakimiyyətdə işlədiyi adamlar var. Onlar ona yazılı məlumat verir. Mənə dedi ki, səninlə bağlı məlumatlar alırdım. İndi də mənə belə məlumat verdilər ki, sən hakimiyyətə işləyirsən. Deməli, Əli Kərimli özü hakimiyyətə satılıb. Onun müəyyən maliyyəsi guya biznes strukturları vasitəsilə verilir, amma dolayısı ilə hakimiyyətdən gəlir. Onlar ona təlimat verir. Bunu deyib təkzib edə bilməz. Etsə, bunu sübut etməyə gücüm çatar. Əli Kərimli partiya sədri ola bilməz. Amma AXCP-də lider olmağa layiq insanlar var. O, sədrlikdən getməlidir. Siyasətdən getməsin, amma pariya sədrliyindən çıxsın. Nə qədər sədr olmaq olar? Hesab edirəm ki, o da bunu başa düşüb və yaxın zamanlarda bunun şahidi olacaqsınız".
O, Əli Kərimli və AXCP ilə bağlı maliyyə məsələlərinə də toxunub: "Pul məsələlərini özündən və yaxın olduğu 2-3 nəfərdən başqa heç kim bilmirdi. Mən heç zaman AXCP-dən maaş almamışam. Digərlərinə gəlincə, onların maaş alıb-almadığını bilmirəm. Əli Kərimlinin özünə gəlincə, bilirsiz ki, o işləmir. Onun ən kiçik oğlu Londonda doğulub. Oğlu oradakı bahalı universitetdə necə oxudu? Bu pul haradan ödənilirdi? Oğlu və qızı Bakıda ən bahalı özəl məktəbdə oxuyub. Onun pulu haradan gəlirdi?"
"Mənim AXCP-də əsas qayəm partiyanın gəncləşməsi idi. Ümumiyyətlə, hesab edirəm ki, bir çox siyasi partiyalarda gəncləşmə olmalıdır. Köhnə nəsil getməlidir. Bu gün biz tənqid ediriksə, özümüz də həmin tənqiddən irəli gələn müddəalara cavab verməliyik. AXCP isə bu tələblərə cavab vermir",-deyən Razi Nurullayev qeyd edib ki, Əli Kərimlinin məqsədi müxalifətdə birinci olmaqdır. Bu isə düzgün yol deyil. Amma həmişə belə siyasət aparıb və bundan doymayıb, doymayacaq da.
R.Nurullayev deyib ki, Əli Kərimli ona susmağı təklif edib: "Qeyd etdi ki, susum, yoxsa məni Facebookda biabır edib nüfuzdan salarlar. Siz də araşdırın, mən istefa bəyanatımı yayana qədər Facebookda cəhbəçilər tərəfindən ünvanıma heç bir fikir səslənməyib. Çünki onlar mənim susacağımı gözləyirdilər. Partiyada təmiz, saf qəlbli və lider olmağa layiq insnalar var. Cəbhəçilərə müraciət edirəm ki, Əli Kərimli o partiyada qaldıqca heç bir irəliləyiş olmayacaq. Hesab edirəm ki, Əli Kərimli siyasi mədəniyyət göstərib qurultayda partiya sədrliyindən geri çəkilməli idi".
"AXCP sədri Əli Kərimli qadın müşavirini porno-kasetlə şantaj edib",-deyən Razi Nurullayevin sözlərinə görə, Zərifə Məhəddinovanı müşavirlikdən kənarlaşdırandan sonra ona qarşı çirkin ittihamlar səsləndirilib:" Bundan sonra Əli Kərimli onu yanına çağıraraq şantaj edib. Özü şantaja məruz qalmış adamın belə davranması yolverilməzdir".
O, "tənqidlərimdə haqlıyam, neçə illər partiyada olmuşam, bir çox məsələlərdən xəbərdaram",-deyə bildirib: "Yaxın zamanlarda elə şeylər deyəcəyəm ki, elə şeylər bilirəm ki, bəlkə də Azərbaycan bir-birinə dəyəcək. Sonda hər kəs görəcək ki, haqlı, haqsız kimdir?"

Əli