“Urmu gölünün canlanması mümkün deyil” Güney Azərbaycan

“Urmu gölünün canlanması mümkün deyil”

"Urmu gölünün bugünkü vəziyyəti və iqlim şəraitinə baxanda gölün yaxın zamanda canlanması təxminən qeyri-mümkündür". Bu sözləri Urmu Universitetinin elmi heyətinin üzvü Nasir Aq deyib.
Bu barədə "İsna" xəbər agentliyinin müxbirinə danışan ekspert, gölün ümumi vəziyyəti barədə müəyyən məsələlərə toxunub. "Hazırda ötən ilin müvafiq dövrü ilə müqayisədə Urmu gölündə suyun səviyyəsi 1 metr yüksəlib və hər il isti müvsümdə süyün səviyyəsi təxminən 1 metr aşağı düşür. Bu il də eyni hadisənin baş verəcəyi göznəlinir. Gölün ümumi vəziyyətin gəlincə isə deməliyəm ki, Urmu gölünün bugünkü vəziyyəti və iqlim şəraitinə baxanda gölün yaxın zamanda canlanması təxminən qeyri-mümkündür. Lakin əgər mərhələli bir plan icra edilsəydi, gölü canlandırımaq daha tez mümkün olardı"- deyə o qeyd edib.
Urmu gölü böhranı üzrə elmi araşdırmaçı əlavə edib ki, "Urmu gölünü canlandırmaq yalnız gərçəkləri qəbul etmək şərti ilə mümkün ola bilər və planların yenidən gözdən keçirilməsində yeni şəraitə diqqət yetirilməlidir."
Nasir Aq bildirib ki, "Urmu gölünə 2.5 milyard kubmetr (metr-i mükəəb) su əlavə edildikdən sonra göldə suyun səviyyəsi müəyyən qədər yüksəlib, lakin bəndlərdən gölə suyun buraxılması və yağıntıların necə olacağı ilə bağlı heç bir qaranti yoxdur. Ona görə də, yağıntıların yenidən azalacağı təqdirdə göldə canlanma prosesi ləngiyəcək."
Qeyd edək ki, ekspertin bəhs etdiyi gölün artıq 95 faizi quruyub. Bölgə üçün böyük əhəmiyyət kəsb edən gölün quruması azərbaycanlılarla yanaşı vaxtaşırı beyəlxalq ictimaiyyəti də dilə gətirir. Buna baxmayaraq İran rejimi bu günə qədər gölün canlandırılması üçün heç bir əməli addım atmayıb və bütün vədlər söz həddində qalmaqdadır.