Tehranda məmurlar azərbaycanlı fəhləni döyərək öldürüblər... Güney Azərbaycan

Tehranda məmurlar azərbaycanlı fəhləni döyərək öldürüblər...

Bir neçə gün öncə Tehranın Bələdiyyə məmurları bir azərbaycanlı fəhləni döyərək öldürüblər. Bu məsələyə müxtəlif orqanlar etiraz edib.
Ərdəbilin İran parlamentindəki millət vəkili isə fəhlənin bu şəkildə öldürülməsi məsələsini böyük cinayət, radikallar və İŞİD (İraq və Şam İslam Dövləti) mədəniyyətinin təcəllisi kimi qiymətləndirib.
Kəmaləddin Pirmüəzzin deyib:
"Parlament, Şəhər Şurası və Məhkəmə Orqanları bu məsələni araşdırmalıdır. Məhkəmə sistemi dosyeni təkmilləşdirməlidir, ən azı öna görə ki, İslam Rəhmaninin imici (vəchə) bundan artıq sual altına düşməsin.
Bələdiyyə etik normalar və islamı davranışla qanun pozuntularının qarşısını almalıdır, nəinki qorxulu ortam yaratmaqla, quldurlara və zorçulara meydan verməklə Tehranın imicini kobud göstərməlidir."
Millət vəkili sözlərinin sonunda "Tehran Bələdiyyəsinin məmurlarının qatil olduğunu vurğulayaraq bildirib ki, Əgər bu məsələyə Şəhər Şurası və Daxili İşlər Nazirliyi (vezarəte keşvər) baxmasa, parlament hərəkətə keçəcək."
Qeyd edək ki, keçən günlərdə Tehran Bələdiyyəsinin 4 nəfər məmuru azərbaycanlı işçi Əli Çırağını deşici alətlə (pəncə boks) yaralayıblar. O 1 həftə sonra dünyasını dəyişib.