Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı alim barədə bəyanat yayıb Güney Azərbaycan

Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı alim barədə bəyanat yayıb

Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı alim Əhməd Rza Cəlalinin edam hökmünün ləğv olunmasını istəyir.

Beynəlxalq Əfv Təşkilatı yanvar ayının 13-də İran Məhkəmə sisteminin başçısı İbrahim Rəisiyə məktub göndərib. Məktubda güney azərbaycanlı alim Əhməd Rza Cəlalinin edam hökmünün ləğv edilməsi tələb olunub.

İsveçli-azərbaycanlı alimin edam hökmünün ləğv edilməsi və onun azadlığa buraxılmasını tələb edən məktubun bir nüsxəsi İranın İsveçdəki səfirliyinə verilib.

BMT işçi qrupunun “qanunsuz həbslər” barədə tövsiyəsinə istinadən alimin edam hökmünün ləğvi, azadlığa buraxılması ilə yanaşı ona qarşı göstərilən qanunsuzluqlara görə maddi təzminatın ödənilməsinin vacibliyi də qeyd olunub.

Xatırladaq ki, Əhməd Rza Cəlali Tehran Universitetinin rəsmi dəvəti ilə İrana getmiş və 2016-cı ilin mayında həbs olunmuşdu. O, "düşmən dövlətlərlə işbirliyi və İsrailə casusluq yolu ilə ölkəyə qarşı müharibə"də ittiham olunur.