Diş pastasında partlayıcı xəbərdarlığı Dünya

Diş pastasında partlayıcı xəbərdarlığı

ABŞ xüsusi xidmət orqanları: "Partlayıcı maddələr Soçidə Qış Olimpiya Oyunları aparılan ərazidə işə salına bilər"

Amerika Birləşmiş Ştatları Rusiyaya uçuşlar təşkil edən avia şirkətləri təyyarələrin göyərtəsinə diş pastasında partlayıcı maddə keçirilmə ehtimalı barədə xəbərdarlıq edib.
ABŞ daxili işlər üzrə təhlükəsizlik nazirliyinin rəsmisi BBC-ə bildirib ki, partlayıcı maddələr həm təyyarələrin göyərtələrində, həm də Soçidə Qış Olimpiya Oyunları aparılan ərazidə işə salına bilər.
Bununla yanaşı, rəsmi deyib ki, ABŞ hədələrlə bağlı konkret məlumata malik deyil. Bu, cümə günü açılışı gözlənilən Qış Olimpiya Oyunları ətrafında hədələr barədə ən son xəbərdarlıqdır.
Bundan əvvəl Rusiya, hüquq mühafizə orqanlarının yüksək hazırlıq səviyyəsinə gətirildiyini açıqlayıb.
Rəsmi deyib ki, ABŞ "müntəzəm olaraq daxili və xarici tərəfdaşlarına, Soçi Olimpiyadası kimi nəhəng beynəlxalq tədbirlər zamanı belə informasiyalarla yardımçı olur".
Ağ Ev Milli Təhlükəsizlik Şurası bildirib ki, belə hədələr Soçiyə mövcud ziyarət təlimatlarını dəyişdirə bilməz: "Əgər yaxın günlər və ya həftələrdə insanların Soçiyə gedib-getməməsi barədə göstərişlər verilərsə, ictimaiyət məlumatlandırılacaq".
ABŞ həmçinin bütün ehtimallara qarşı Qara Dənizdə iki hərbi gəmi yerləşdirib. Gəmilər 23 fevrala, yəni Oyunlar bitənə qədər orada dayanacaq.
Dekabrda Volqoqrad şəhərində iki intihar bombasının partladılması Cənubi Qafqazda vəziyyəti təhlükəli hala gətirib. Əsas hədələrin islamçı üsyançılardan gələcəyi ehtimal edilir.