Hakan Şükür peşmandır: “FETÖ əleyhdarıyam” Dünya

Hakan Şükür peşmandır: “FETÖ əleyhdarıyam”

Türkiyənin sabiq futbol ulduzu, keçmiş millət vəkili Hakan Şükür Fətullahçı Terror Təşkilatının (FETÖ) əleyhdarı olduğunu bəyan edib.
Türkiyə millisinin sabiq üzvü sözügedən qruplaşma ilə heç bir əlaqəsi olmadığını bildirib.
"Bəzilərinin danışdığı kimi kimlərinsə dizinin dibində yatan, onların dediyini edən deyiləm. İnanın ki, "xərçəng" xəstəliyi səbəbi ilə əməliyyatdan yeni çıxmış anam başda olmaqla, "şəkər" xəstəsi olan atam və bütün ailə üzvlərimiz bu duruma üzülürük. Tamamı ilə başqa dünyanın insanları olan ailəmin FETÖ ilə heç bir əlaqəsi yoxdur. İllərini ölkəsinə xidmət üçün vermiş, ölkəsini hər yerdə tanıtmış, bayrağını ucaldan biri kimi bunları yaşamaq çox çətindi. Son olaraq dövlət çevrilişinə cəhd edənləri lənətləyir, şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qəlbini qırdığım insanlar varsa, onlardan da üzr istəyirəm" deyə, sabiq millət vəkili açıqlamasında qeyd edib`.