Klinton və Tramp qələbə üçün mühüm ştatlarda kampaniya aparır Dünya

Klinton və Tramp qələbə üçün mühüm ştatlarda kampaniya aparır

ABŞ prezidentliyinə namizədlər Hillari Klinton və Donald Tramp noyabrın 8-də qələbə çalmaq üçün əhəmiyyət kəsb edən ştatlarda kampaniya aparır. Klinton şimal-şərqdə Nyu Hempşir ştatında onun bir zaman rəqibi olmuş Vermont senatoru Berni Sanderslə gənc seçiçilərin dəstəyini qazanmaq məqsədilə birgə kampanya tədbirində iştirak edir. Kintonların qızı Çelsi Şimalia Karolina ştatında anasının xeyrinə kampaniya aparır. Klinton və onun respublikaçı rəqibi Donald Tramp kampaniya müddətində bir neçə dəfə bu ştatda olub. ABŞ-ın birinci xanımı Mişel Obama Klintonun kampaniya reklamında seçiciləri ABŞ-ın keçmiş dövlət katibinə səs verməyə çağırıb. "Ona görə ki Hillari bizim uşaqlarımıza nümunə ola biləcək bir prezident olacaq"-deyə Mişel Obama bildirib. O, Donald Trampın adını çəkmədən deyib: "Bizim uşaqlarımız biz nə etsək bizə baxır və bizim prezident seçəcəyimiz şəxs gələcək illərdə onların həyatının formalaşmasına təsir etmək gücünə malikdir."
Klintonun sadiq tərəfdarı olan prezident Obama radioda müsahibə zamanı seçicilərin Klintonun namizədliyinə onun gözlədiyi kimi dəstək bildirməməsindən razı qalmadığını deyib. Prezident Obama bildirib ki, bunun bir səbəbi Klintonun heç vaxt qadın prezidenti olmayan ölkədə qadın namizəd olması ilə bağlı ola bilər. Respublikaçı namizəd Donald Tramp ölkənin üçüncü ən böyük şəhəri və demokratların istinadgahı olan Çikaqoya yollanıb. Bundan sonra Tramp qonşu Ayova və Viskonsin ştatlarında kampaniyasını davam etdirəcək. Həm Klinton, həm Tramp əsas diqqəti seçkidə həlledici rol oynaya biləcək 10 ştata yönəldib.