“Rusiya ABŞ üçün bir nömrəli təhlükədir!” Dünya

“Rusiya ABŞ üçün bir nömrəli təhlükədir!”

"Rusiyanın təcavüzü və təxribatları yersiz küsülərə və yalan iddialara əsaslanır"

Amerika Birləşmiş Ştatları (ABŞ) hərbi-hava qüvvələri (HHQ) naziri Debora Li Ceyms ölkəsi üçün Rusiyanı bir nömrəli təhlükə adlandırıb.
"Rusiya ABŞ üçün bir nömrəli təhlükədir. Bizə çoxsaylı təhlükələr var – biz, onlarla məşğuluq. Ancaq Rusiya nüvə aspekti baxımından ABŞ üçün real təhlükə ola bilər" – deyə, nazir Reyqan adına illik milli müdafiə Forumunda (Kaliforniya) "Reyter" agentliyinə danışıb.
ABŞ müdafİə nazirinin müavini Frenk Kendall isə öz növbəsində, bəyan edib ki, əgər əvvəllər ABŞ-ın siyasəti Asiya-Sakit okean bölgəsi və Yaxın Şərqən gələn təhlükələrə yönəlmişdisə, indi bu, daha çox Rusiyaya fokuslanıb.
"Onların davranışlarına görə, biz, imkanlar balansına yenidən baxmalı olduq – bu, bizə lazım olacaq" - deyə, Kendall bəyan edib.
ABŞ qərargah rəisləri birləşmiş komitəsinin sədri Cozef Danford Rusiyanın məqsədinin NATO ilə qarşıdurmaya getmək və onun nüfuzunu laxlatmaqdan, eyni zamanda ABŞ silahlı qüvvələrinin bütün dünyada hərbi iştirakını məhdudlaşdırmaqan ibarət olduğunu deyib.
Bundan əvvəl Kremldə bəyan etmişdilər ki, Rusiya heç kim üçün təhlükə deyil, amma özü üçün potensial təhlükəli maraqları da diqqətdən kənarda qoymayacaq.
Bu arada vəzifəsindən gedən ABŞ-ın müdafiə naziri Eşton Karter son dəfə Rusiyanı tənqid edərək bildirib ki, ABŞ "yeni formalarda təzahür edən köhnə və yeni" hədələrə qarşı mübarizə aparmaq üçün NATO ilə ittifaqı möhkəmləndirməlidir.
"ABŞ-ın təkbaşına və NATO ilə birlikdə bütün etdikləri Rusiya təcavüzünə qarşı çıxmağa və rəqabətə davamlı hazır olduğumuza zəmanət verir", Pentaqon rəhbəri bildirib.
"Rusiyanın təcavüzü və təxribatları yersiz küsülərə və yalan iddialara əsaslanır", Karter hesab edir.
O bildirib ki, Moskva silahlanma üzərində nəzarət haqqında beynəlxalq sazişi pozub və "nüvə silahı ilə meydan oxuyur".
Bununla yanaşı Pentaqon rəhbəri vurğulayıb ki, ABŞ Rusiyanın simasında düşmən axtarmır.
"Amma qoy heç kim yanılmasın - bizim müttəfiqlərimizi, dünya nizamının əsaslarını və işıqlı gələcəyi vəd edən qaydaları müdafiə edəcəyik".
Bundan əvvəl ABŞ-ın yeni prezidenti Donald Tramp öz seçkiqabağı kampaniyası zamanı alyansda ABŞ-ın rolu barədə şübhəli cavablar verib və Vaşinqtonun öz müttəfiqlərini seçmə üsulunu tənqid edib.