İsmayıllıda yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb
Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib
Azərbaycan informasiya resurslarına qarşı DDoS hücumlarında kommersiya xidmətindən istifadə edilib
“Azərbaycanın AQEM sədrliyi ölkənin beynəlxalq nüfuzunu artıran mərhələ oldu”
Lukaşenko: "Ukraynada sülh bağlanmasa, gələn il şərtlər pisləşəcək"
15:59
483
Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Ukraynada sülh humanitar mülahizələrə görə zəruridir. Eyni zamanda o qeyd edib ki, ABŞ-nin sanksiyalarla bağlı mövqeyinə görə gələn il nizamlanma şərtləri daha da pisləşə bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "BelTA" agentliyi məlumat yayıb.
"Bu müstəvidə müxtəlif amillər həm Rusiyaya, həm də Ukraynaya təzyiq göstərir. Lakin bu hərbi əməliyyatları davam etdirməyin qeyri-mümkünlüyü səbəbindən həmin amillər birmənalı olaraq həm Ukraynanı, həm də Rusiyanı sülhə sövq edir", - deyə Belarus lideri bildirib. - "Bu humanitar, insani mülahizələrə görə orada sülh lazımdır. Və bu sülh əldə olunacaq".
Lukaşenkonun sözlərinə görə, ABŞ Rusiyaya sanksiyaları ləğv etməyə hazır olduğuna dair işarələr verir. Lakin Ukrayna ilə razılaşmalar əldə olunmazsa, gələn il vəziyyət daha da pisləşə bilər və Rusiya Ukraynanın bütün ərazisinə nəzarət etsə belə, məhdudiyyətlər qüvvədə qalacaq.
"Düzünü desəm, bizim və rusiyalıların yanında kiminsə duracağı fakt deyil", - deyə o əlavə edib.
Məryəm Quliyeva