Mərkəzi Bank pul siyasətində süni intellektdən istifadəni genişləndirməyi planlaşdırır
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib
MN: Azərbaycan-BƏƏ müştərək taktiki-uçuş təlimində tapşırıqlar uğurla icra olunur
Ramiz Mehdiyev YAP-dan çıxarılıb, təltiflərindən məhrum edilməsi təklif olunub - YENİLƏNİB-3
17:57
476
“Şahinlərin Görüşü-2026” birgə taktiki-uçuş təlimində növbəti mərhələnin fəaliyyətləri plana uyğun həyata keçirilib.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, əvvəlcə uçuş heyətinə qarşıya qoyulan tapşırıqlar və təhlükəsizlik qaydaları barədə məlumat verilib. Həmçinin hava şəraiti və uçuşların keçiriləcəyi ərazinin xüsusiyyətləri çatdırılıb.
Təlim planına əsasən, şərti qəzaya uğramış pilotun aşkar edilməsi və xilas olunması üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilib.
Helikopterlə əraziyə çatdırılan axtarış-xilasetmə mütəxəssisləri pilotun yerini müəyyən edərək xilasetmə tədbirlərini həyata keçiriblər.
Qeyd edilib ki, bu cür təlimlər hərbi qulluqçuların peşəkar hazırlığının yüksəldilməsi ilə yanaşı mürəkkəb şəraitdə operativ qərarvermə bacarıqlarının təkmilləşdirilməsinə xidmət edir.