16 Oktyabr 17:33
İran Hörmüz boğazını açmaq üçün Vaşinqtona 7 günlük plan təqdim edib
Yəmənin üçüncü ən böyük şəhəri husilər tərəfindən mühasirəyə alınıb
UKMTO Yəmən sahillərində qaz daşıyan gəminin atəşə tutulduğunu bildirib
Fars körfəzində daha bir süpertanker minaya düşərək partlayıb
Yunanıstan "Patriot" raketlərini Ukraynaya verməkdən imtina edib
17:31
469
Fars körfəzində üzən daha bir supertanker dəniz minalarına çırpılaraq yanıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin bəyanatına istinadən məlumat yayıb.
"Bu gün səhər saatlarında heyətinin xətaya yol verdiyi ikinci süpertanker dəniz minası ilə toqquşduqdan sonra yanmağa başlayıb", - deyə SEPAH HDQ-nin mətbuat xidmətindən bildirilib.
İran tərəfinin məlumatına görə, süpertanker 2 milyon barreldən çox neft daşıyırmış. Eyni zamanda, gəmidə transponderlər söndürülüb və o, Tehranla razılaşdırılmamış marşrutla hərəkət edirmiş.
SEPAH-ın məlumatına əsasən, partlayış maşın şöbəsinə zərər vurub və bundan sonra süpertanker idarəetməni itirərək dayanıb.
Məryəm Quliyeva