İran ABŞ blokadasına baxmayaraq Myanmaya aviasiya yanacağı tədarük edib Gündəm

İran ABŞ blokadasına baxmayaraq Myanmaya aviasiya yanacağı tədarük edib

İran ABŞ-nin hərbi-dəniz blokadasına baxmayaraq, Myanmaya aviasiya yanacağı partiyası çatdırıb və durulaşdırılmış neft qazı (LPG) daşıyan bir neçə tankeri yola salıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, "SynMax" dəniz kəşfiyyatı qrupunun təhlilləri və peyk təsvirləri göstərir ki, İranın aviasiya yanacağını daşıyan tanker sentyabr ayında Myanma limanına çatıb. Eyni zamanda İran "kölgə donanması" tankerlərindən və açıq dənizdə yük boşaltma üsullarından istifadə edərək durulaşdırılmış neft qazının çatdırılmasını fəallaşdırıb.

Myanmanın hərbi hakimiyyəti İran yanacağının alınması ilə bağlı "Reuters"in sorğusunu şərh etməyib.

Qeyd edək ki, 2023-cü ildə ABŞ hərbi aviasiyanın mülki obyektlərə və müxalifət qüvvələrinə zərbələr endirmək üçün istifadə olunması ittihamları fonunda Myanmanın aviasiya yanacağı sektoruna qarşı hədəfli sanksiyalar tətbiq etmişdi. Ölkənin hərbi rəhbərliyi isə dinc əhaliyə qəsdən hücum edilməsi barədə ittihamları təkzib edir.

Məryəm Quliyeva