Belarus ikinci atom elektrik stansiyasının tikintisini nəzərdən keçirir Dünya

Belarus ikinci atom elektrik stansiyasının tikintisini nəzərdən keçirir

Minsk 2045–2050-ci illərdə ikinci atom elektrik stansiyasının (AES) tikintisi məsələsini nəzərdən keçirir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Belarus Baş nazirinin müavini Viktor Karankeviç bəyan edib.

"Gələcək perspektivdə, 2045–2050-ci illərə nəzər salsaq, ikinci atom elektrik stansiyasının tikintisi məsələsi öyrənilir və nəzərdən keçirilir", - deyə o, Rusiya Enerji Həftəsi çərçivəsində çıxışı zamanı bildirib.

Məryəm Quliyeva